Icma.az
close
up
RU
Kürd Elnur” HAKİM QARŞISINDA FOTO

Kürd Elnur” HAKİM QARŞISINDA FOTO

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kürd Elnur” ləqəbli Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kənan Nəbiyev dindirilib. 

Onun sözlərinə görə, təqsirləndirilən şəxslə mübahisələri 150 manat üstündə baş verib:

"Elnurla bizim aramızda 150 manat mübahisəsi olub. Biz kirvəyik. Anam 160 manat verəsi idi. Lotos ticarət mərkəzinin arxasında mübahisə etdik. Mən onu itələyən anda araya hadisə yerində olan adamlar girdi. Mən müvazinətimi saxlaya bilmədim maşının yan tərəfinə dəydi və başımdan xəsarət aldım. Anam həmin yerdən keçirdi. Polisin 102 xidmətinə anam yığdı. Ancaq ordan post patrul xidmətinin əməkdaşları da keçirdi. Hazırda ona qarşı heç bir şikayətim və tələbim yoxdu".

Şahid Səidə İbrahimova təqsirləndirilən şəxslə qohumluq münasibətlərində olduğunu deyib:

"Mən bazar tərəfdə işləyirəm. Təsadüfən ordan keçəndə gördüm ki, Elnurla oğlum mübahisə edir. Oğlumun başı qan idi. Mən orda bıçaq görməmişəm. Polislər sonradan gəldilər. Son gördüyüm o oldu hər ikisini post patrul avtomobilinə mindirib bölməyə apardılar". 

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib. 

İttiham aktında göstərilib ki, Elnur Abbasov ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın Səbail rayonu ərazisində saxlanılıb.

Onun üzərinə şəxsi axtarış zamanı 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 4,315 qram olan psixotrop madde metamfetamin aşkar edilerek götürülüb.

Tədbirin davamı olaraq, Elnur Abbasovun razılığı və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülüb.

İttiham aktında o da qeyd olunub ki, ötən ilin avqustunda paytaxtın Nizami rayonu ərazisində Səidə İbrahimovanın Elnur Abbasova olan 150 manat borcunu qaytarmaması səbəbindən, Səidə İbrahimovanın oğlu Kənan Nəbiyevlə mübahisə yaranıb.

O, Kənan Nəbiyevin baş nahiyəsindən əli ilə vuraraq xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törədib.

E.Abbasov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.


Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasova qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.2-ci və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri