Kurtuluş Berlin Film Festivalının əsas müsabiqəsində | Icma.az
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli və beynəlxalq festivallarda saysız-hesabsız mükafatlar qazanan rejissor Emin Alperin böyük maraqla gözlənilən yeni filmi “Kurtuluş" 76-cı Berlin Beynəlxalq Film Festivalının (Berlinale) əsas müsabiqə bölməsinə dəvət alıb.
Kulis.az xəbər verir ki, dünya premyerasını Berlində edəcək “Kurtuluş”, rejissorun 2019-cu ildə eyni bölmədə yarışan “Kız kardeşler” filmindən yeddi il sonra Türkiyədən əsas müsabiqəyə qəbul edilən ilk ekran işi olub.
Filmin aktyor heyətində Caner Cindoruk, Berkay Ateş, Feyyaz Duman, Naz Göktan, Özlem Taş, Eren Demir, Selim Akgül, Hichi Demi və Nazmi Karaman kimi tanınmış simalar yer alır.
Film Hazeran aşirəti ilə illər sonra kəndlərinə geri qayıdan Bezarilər arasındakı torpaq münaqişəsindən bəhs edir.
Filmin operatorları Ahmet Sesigürgil və Barış Aygen, bəstəkarı Kristian Verbek, quruluşçu rəssamı Nadide Arqun Van Uden, montajçısı isə Özcan Vardardır.
“Aldanmış ər” tamaşasının premyerası olacaq "Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu