Kurtuluş Berlin Film Festivalının əsas müsabiqəsində
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli və beynəlxalq festivallarda saysız-hesabsız mükafatlar qazanan rejissor Emin Alperin böyük maraqla gözlənilən yeni filmi “Kurtuluş" 76-cı Berlin Beynəlxalq Film Festivalının (Berlinale) əsas müsabiqə bölməsinə dəvət alıb.
Kulis.az xəbər verir ki, dünya premyerasını Berlində edəcək “Kurtuluş”, rejissorun 2019-cu ildə eyni bölmədə yarışan “Kız kardeşler” filmindən yeddi il sonra Türkiyədən əsas müsabiqəyə qəbul edilən ilk ekran işi olub.
Filmin aktyor heyətində Caner Cindoruk, Berkay Ateş, Feyyaz Duman, Naz Göktan, Özlem Taş, Eren Demir, Selim Akgül, Hichi Demi və Nazmi Karaman kimi tanınmış simalar yer alır.
Film Hazeran aşirəti ilə illər sonra kəndlərinə geri qayıdan Bezarilər arasındakı torpaq münaqişəsindən bəhs edir.
Filmin operatorları Ahmet Sesigürgil və Barış Aygen, bəstəkarı Kristian Verbek, quruluşçu rəssamı Nadide Arqun Van Uden, montajçısı isə Özcan Vardardır.
“Aldanmış ər” tamaşasının premyerası olacaq "Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi? “Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 21 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















