Kutay Durna: SOCAR ın Karbamid zavodu daxili tələbatı tam ödəyir | Icma.az
Icma.az bildirir, Apa.az portalına istinadən. Sumqayıt şəhərində yerləşən "SOCAR-ın Karbamid" zavodu daxili bazarın ehtiyaclarını tam ödəyir
"APA-Economics xəbər verir ki, bu barədə zavoda təşkil olunan media-tur çərçivəsində müəssisənin direktoru Kutay Durna bildirib.
Onun sözlərinə görə, daxili ehtiyacları ödəməsinə istehsalın 12%-i yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur.
Kutay Durna onu da qeyd edib ki, "SOCAR Karbamid" zavodu regionda ən iri karbamid zavodudur.
Zavodun direktoru bildirib ki, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib.
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir.
Zavodun istehsal gücü isə 650 min tondur", - Kutay Durna vurğulayıb.
O xatırladıb ki, bu yaxınlarda “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.
Tam oxu
Xəbəri oxu