Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Kutay Durna: SOCAR ın Karbamid zavodu daxili tələbatı tam ödəyir

Kutay Durna: SOCAR ın Karbamid zavodu daxili tələbatı tam ödəyir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Sumqayıt şəhərində yerləşən "SOCAR-ın Karbamid" zavodu daxili bazarın ehtiyaclarını tam ödəyir .

"APA-Economics xəbər verir ki, bu barədə zavoda təşkil olunan media-tur çərçivəsində müəssisənin direktoru Kutay Durna bildirib.

Onun sözlərinə görə, daxili ehtiyacları ödəməsinə istehsalın 12%-i yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur.

Kutay Durna onu da qeyd edib ki, "SOCAR Karbamid" zavodu regionda ən iri karbamid zavodudur.

Zavodun direktoru bildirib ki, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib.

"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü isə 650 min tondur", - Kutay Durna vurğulayıb.

O xatırladıb ki, bu yaxınlarda “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb. Bu nailiyyət zavodda istehsalatın rəqəmsallaşdırılması, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Qeyd edək ki, “SOCAR Karbamid” Mərkəzi Asiya regionunda və Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu platformaya qoşulan ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir. Belə ki, bundan öncə “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” mükafatı təqdim olunub.

“SOCAR Karbamid” zavodunda görülən işlər barədə:
Əldə olunan nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir.

Ümumilikdə, SOCAR 3 il ərzində istehsalat səmərəliliyi, proses təhlükəsizliyi və SƏTƏM üzrə qabaqcıl texnologiyalara sərmayə yatıraraq bu istiqamətlərdə inkişafa nail olub. Bu xüsusda, “SOCAR Karbamid” zavodunun fəaliyyətində mürəkkəb kimyəvi istehsal proseslərinin idarə olunmasının qabaqcıl avtomatlaşdırma və prosesə nəzarət sistemlərinə əsaslanmasına diqqət ayrılıb. Belə ki, SOCAR “Caspian AI” İnstitutunu təsis edərək mövcud avtomatlaşdırma texnologiyalarının təkmilləşdirilməsini, süni intellekt modellərindən istifadəni, əməkdaşların rəqəmsal bacarıqlarının davamlı şəkildə inkişaf etdirilməsini genişləndirib.

Nəticə olaraq, səmərəli əməliyyat prosesi ilə yanaşı, həm də real vaxtda proqnoz verə bilən, adaptasiya olunan və davamlı inkişaf edən “ağıllı” zavod formalaşıb. Zavodda ümumilikdə 4-cü Sənaye İnqilabına uyğun olaraq 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq edilib. Görülən işlər “qapalı dövriyyəli avtonom proses” idarəetməsini, generativ süni intellekt və robototexnika vasitəsilə işçi qüvvəsinin dəstəklənməsini təmin edərək məhsuldarlığı 21%, təbii qazdan istifadə səmərəliliyini isə 24% yüksəldib. Qeyd edilən transformasiya nəticəsində karbon emissiyalarında 19%, proses tullantılarında 72%, planlaşdırılmamış dayanma müddətində 82% azalma əldə edilib. Həmçinin əməkdaşların 70%-nin yeni bacarıqlara yiyələnməsi və ixtisaslaşdırılması təmin olunub. Əlavə olaraq 41 əməliyyat və maliyyə göstəricisi üzrə təkmilləşmə işləri həyata keçirilib.

Seçilmiş ən qabaqcıl 5 layihə:

Enerji Şəbəkəsinin Optimallaşdırılması Platforması / Energy Network Optimisation Platform
Süni intellektə əsaslanan avtonom zavod idarəetmə və optimallaşdırma sistemi / AI-Powered Autonomous Plant Control and Optimiser
Proses planının yenidən dizaynı üçün qabaqcıl simulyasiya / Advanced Simulation for Process Layout Re-Design
GenAI ilə dəstəklənən proqnozlaşdırıcı avadanlıq texniki vəziyyətinin monitorinqi / Gen-AI-Enabled Predictive Equipment Health Monitoring
Yüksək riskli zonaların robotik və AI əsaslı monitorinq platforması / Robotics and AI-Powered High-Risk ZoneInspection Platform

Süni intellektə əsaslanan, tam avtonom idarəetmə sistemi ammiak və karbamid bölmələrində qərar qəbuletmə proseslərini istiqamətləndirir. Bu sistem istehsalat dəyişkənliyini təhlil edir, zavodun performans sabitliyini artırır və enerji istehlakını minimuma endirməyə kömək edir.

Zavodun süni intellekt mexanizmləri güclü APC infrastrukturunun üzərində qurulduğundan bu ikiqat yanaşma fəaliyyətdə nəzərəçarpacaq performans artımlarını təmin edir.

“SOCAR karbamid” zavodunda ən vacib avadanlıqları üzərində proqnozlaşdırıcı texniki xidmət modellərini tətbiq olunub ki, bu ağıllı siqnal modelləri vibrasiya, temperatur, təzyiq və axın məlumatlarını fasiləsiz təhlil edərək, nasazlıqları əvvəlcədən müəyyənləşdirir. Bu sistem tam avtomatlaşdırılıb və texniki xidmət prosesləri ilə inteqrasiya olunub, avtomatik iş sifarişləri yaradır və həm profilaktik, həm də vəziyyətə əsaslanan texniki xidmət strategiyalarını dəstəkləyir.

Səmərəlilik və davamlılıq zavodun transformasiyasının əsasını təşkil edir. Süni intellektlə təchiz olunmuş Enerji Şəbəkəsinin Optimallaşdırılması Modeli (ENOM) zavodun enerji və buxar şəbəkəsini real vaxtda simulyasiya edir və buxar balansı hesablamalarını, avadanlıq səmərəliliyi proqnozlarını, qazan yüklərinin optimallaşdırılmasını, ssenari əsaslı optimallaşdırma təkliflərini təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri