Kütləni cəlb etmək üçün onların dolaşdığı yollarla getməliyik | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müsahibimiz teatr və kino rejissoru, prodüser, ssenarist, İnklüziv ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadədir.
O, Akademik Dram Teatrında nümayiş olunan "Müharibə" və "Sənsiz", ƏSA Teatrında nümayiş olunan "Hamlet", "Çıxış yoxdur", "Qonşu", "Xəsisin andı" və "Adamlar və siçanlar" kimi tamaşaların quruluşçu rejissorudur.
Nihad Qulamzadə ilə söhbəti oxuculara təqdim edirik. - 18 yaşında teatr yaratmaq qərarına gələn Nihad Qulamzadə başqalarında özünə qarşı ina
- Sözün açığı, həmin dövrlərdə yaşımı elan etməyi sevmirdim.
Çünki 18 yaşında kiminsə teatr yaratmağı normal düşüncədə olan insanlara absurd görünürdü.
İndi dönüb geriyə boylananda mənə də qəribə gəlir ki, o enerji mənə necə gəlmişdi, o gücü haradan tapmışdım, başqalarından əlavə, özümdə o inamı necə yaratmışdım.
Bunlar hamısı, düşünürəm ki, yavaş-yavaş, mərhələli şəkildə oldu. Bu ideyanı ilk dəfə qardaşımla bölüşdüm.
Tam oxu
Xəbəri oxu