Kütləvi məzarlıqlar ədalət tələb edir | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır. Dünya erməni qaniçənliyinə niyə susur?
Azərbaycan–Ermənistan münaqişəsi yalnız torpaq və siyasi iddialardan ibarət olmayıb, minlərlə soydaşımızın itkin düşməsi, neçə-neçə ailənin taleyinə qara kölgə salması ilə nəticələnib.
Rəsmi məlumata görə, hazırda 3977 Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. 30 ildən çoxdur ailələr doğmalarından bir xəbər gözləyir.
Ən acınacaqlısı odur ki, Ermənistan tərəfi bu şəxslərin taleyi ilə bağlı bugünədək heç bir məlumat təqdim etməyib.
Beynəlxalq təşkilatlar qarşısında məsuliyyətdən yayınaraq onların sonrakı aqibətini ört-basdır etmək yolunu seçib.
2020-ci ilin 44 günlük Vətən müharibəsi Qarabağın işğalına son qoyduqdan sonra bu məsələyə də aydınlıq gəldi.
Azad edilən ərazilərdə aparılan araşdırmalar nəticəsində acı həqiqətlər üzə çıxdı.
2021-ci ilin fevral ayından etibarən aparılan qazıntılar nəticəsində 23 kütləvi məzarlıq aşkarlandı.
Tam oxu
Xəbəri oxu