Icma.az
close
up
RU
Kütləvi məzarlıqlar ədalət tələb edir

Kütləvi məzarlıqlar ədalət tələb edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dünya erməni qaniçənliyinə niyə susur?

Azərbaycan–Ermənistan münaqişəsi yalnız torpaq və siyasi iddialardan ibarət olmayıb, minlərlə soydaşımızın itkin düşməsi, neçə-neçə ailənin taleyinə qara kölgə salması ilə nəticələnib. Rəsmi məlumata görə, hazırda 3977 Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. 30 ildən çoxdur ailələr doğmalarından bir xəbər gözləyir. Ən acınacaqlısı odur ki, Ermənistan tərəfi bu şəxslərin taleyi ilə bağlı bugünədək heç bir məlumat təqdim etməyib. Beynəlxalq təşkilatlar qarşısında məsuliyyətdən yayınaraq onların sonrakı aqibətini ört-basdır etmək yolunu seçib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Qarabağın işğalına son qoyduqdan sonra bu məsələyə də aydınlıq gəldi. Azad edilən ərazilərdə aparılan araşdırmalar nəticəsində acı həqiqətlər üzə çıxdı. 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntılar nəticəsində 23 kütləvi məzarlıq aşkarlandı. Burada tapılan insan qalıqlarının böyük hissəsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aiddir. İndiyə qədər 23 məzarlıqda 187 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları üzrə 59 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib.

İlk kütləvi məzarlıq 2021-ci il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndində aşkar olunub. Bu ərazidəki iki kütləvi məzarlıqda 28 nəfərin qalıqları tapılıb. Müasir genetik identifikasiya laboratoriyası vasitəsilə aşkarlanmış qalıqların kimə aid olduğunu müəyyənləşdirmək istiqamətində ciddi iş aparılıb. Onlardan 14-nün şəxsiyyəti müəyyən edilib. Bu şəxslər arasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var.

Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan 530-a yaxın şəxsə aid meyit qalıqları tapılaraq götürülüb. Bununla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın şəhər və rayonlarının ərazisində yerləşən qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarında aparılmış ekskumasiya nəticəsində 183 şəxsə aid meyit qalıqları aşkar edilib. İtkin düşmüş şəxslərin yalnız 120-sinin qalıqları Ermənistan tərəfindən təhvil verilib.

***

Beləliklə, beynəlxalq hüquq normalarının insanların zorakı itkin düşmədən müdafiəsinə dair müddəaların tələblərinin mütəmadi olaraq pozulması göz qabağındadır. Mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, məhkəmə hökmü olmadan edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan kütləvi məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi və qəsdən məhv edilməsi kimi ağır cinayətlər törədilib.

Bu faktlar Ermənistan tərəfindən sistematik şəkildə törədilmiş müharibə cinayətlərinin sübutlarıdır. Onu da qeyd edək ki, tapılan məzarlıqlar yalnız kriminalistik sübutlar deyil, həm də vicdanın harayıdır. Onlar bizə xatırladır ki, unutmaq – təkrarlanmağa yol açmaqdır. Hər bir bağlanmamış məzar, hər bir adını bilmədiyimiz skelet, bir xalqa qarşı həyata keçirilmiş nifrətin və qəddarlığın izidir.

Bu həqiqətləri üzə çıxarmaqla Azərbaycan yalnız öz şəhidlərinə borcunu yerinə yetirmir. Eyni zamanda dünya ictimaiyyətinə insan hüquqlarının seçici yox, universal dəyər olduğunu göstərməyə çalışır. Bu proses həm texniki baxımdan çətin, həm də psixoloji olaraq ailələr üçün ağrılıdır. Lakin illərdir xəbər gözləyən valideynlər və yaxınlar üçün bu, həm də ədalətin bərpası deməkdir.

Bunlar həm də Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Mülki şəxslərin girov götürülməsi, əsirlərə işgəncə verilməsi, məhkəmə hökmü olmadan edam edilməsi və onların kütləvi məzarlıqlarda dəfn olunması beynəlxalq cinayətlər kateqoriyasına daxildir.

***

Bakı taleləri məlum olmayan itkin düşmüş azərbaycanlılar haqqında məlumatlar almaq üçün İrəvanı dəfələrlə mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim etməyə çağırıb. Çox təəssüf ki, Ermənistan tərəfi sözdə bir şey deyir, əməldə isə başqa hərəkət edir. Əgər Ermənistan bu humanitar prosesdə real əməkdaşlıq etsə, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi prosesi sürətlənə bilər. Bu, təkcə Azərbaycan üçün deyil, hər iki tərəf üçün vacib humanitar missiyadır. Çünki bütün bu faktların arxasında birbaşa insan taleyi dayanır. Hələ də yüzlərlə ailə övladının, həyat yoldaşının, atasının və ya anasının taleyindən xəbərsizdir. İnsan qalıqları aşkarlanan məzarlıq bir ailə üçün ümidlə qorxunun, gözlənti ilə inamsızlığın sərhədidir. Minlərlə gözüyaşlı ata-ananın, övladın, həyat yoldaşının, qardaş və bacının təskinlik tapması, gözlərinin yollardan yığılması deməkdir. Bu günlərdə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunan şəhid Sahil İbrahimovun qardaşı Cəmil İbrahimovun dedikləri bunun sübutudur: “32 ildir ki, həsrətlə qardaşımın yolunu gözləyirdik. Bu gün, nəhayət, həsrətimiz bitdi. Qardaşımızın nəşini son mənzilə yola sala bildik. Bu gün bizim üçün bir şükran günüdür”.

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Məmmədovun Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimində şəhidin bacısı Zərgül Məmmədovanın dedikləri: “Artıq qardaşımın üstündə ağlaya biləcəyim bir məzarı var. Qardaşımın tapılma xəbərini eşidəndə yaşadığım hissi sözlə ifadə edə bilmərəm”. Bu sözlər isə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Yusif Məmmədovun qardaşı Eldar Məmmədova məxsusdur: “Qardaşımı axırıncı dəfə 1994-cü ildə görmüşəm. Özüm onu hərbi xidmətə yola salmışam. O vaxt 11–12 yaşında olardım. Səfərbərlikdən sonra könüllü xidmətə getdi”.

Eldar Məmmədov deyir ki, atası 10 il Yusifi axtarıb: “Atam Azərbaycanı qarış-qarış gəzmişdi. Fevralın 8-i döyüşə gediblər, sonra xəbər gəldi ki, itkin düşüb. O vaxtı onun nəşinin Gəncədə olduğunu dedilər. Onda ölənin kimliyi paltarı ilə müəyyən edilirdi. Paltar ilə onu gətirəndə atam tərəddüd etmişdi. Bir şəhidin məzarı üstündə 5 ailə dayanırdı, hərəsində də bir paltar".

Bəli, şəhidlik ən ali və şərəfli zirvədir. Bu zirvəyə yalnız müqəddəs amallar uğrunda çarpışan, cəsarətli, qəlblərində Vətənə, millətə böyük sevgisi olan insanlar yüksələ bilir. Bu gün dəfn olunan şəhidlərimiz məhz həmin oğullardandırlar.

***

Onu da qeyd edək ki, bu məsələ beynəlxalq humanitar problem kimi gündəmdədir. Məqsəd təkcə şəxsiyyətlərin müəyyən olunması deyil, həm də bu cinayətləri törədənlərin hüquqi cavabdehliyə cəlb edilməsidir. Bu, eyni zamanda, psixoloji sınaqdır. DNT analizi ilə övladın qalıqlarını tapmaq valideyn üçün həm ən dəhşətli xəbər, həm də illərlə gözlədiyi cavab, ən azı, bilmək, sağ qalmaq ümidini acı gerçəklə əvəzləmək deməkdir.

Bəli, regionda sülh və əməkdaşlıqdan danışmaq üçün əvvəlcə ədalət bərpa edilməlidir. Kütləvi məzarlıqlar, işgəncə faktları və insanlığa qarşı törədilmiş cinayətlər düzgün qiymətləndirilməsə, bu, sülh prosesinin təməlinə mina qoymaq deməkdir.

Təəssüf doğuran hal odur ki, beynəlxalq təşkilatlar – BMT, Avropa İttifaqı, Avropa Şurası, Amnesty International, Beynəlxalq Qızıl Xaç Komitəsi və digərləri bu məsələyə yetərincə diqqət ayırmır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Qarabağda tapılan kütləvi məzarlıqlar qarşısında susurlar. Bu sükut, əslində, cinayətə ortaq olmaq deməkdir. Bütün bu faktlar Ermənistanın sistematik şəkildə müharibə cinayətləri törətdiyini təsdiqləyir.

Bu ağır cinayətlərin beynəlxalq müstəvidə hüquqi qiymət alması vacibdir. Ədalət gec gələ bilər, amma gələcək. Qarabağda tapılan məzarlıqlar bu ədalətin çağırışıdır – qaranlıq keçmişin işığa çıxan səsi, susdurulmuş vicdanların hayqırtısıdır. Tapılan məzarlıqlar isə ədalət istəyir. O məzarlıqlardakı qurbanların ruhu ədalətin təmin olunmasını gözləyir. Ermənilərin Qarabağda törətdikləri müharibə cinayətləri beynəlxalq məhkəmələrdə araşdırılmalı, məsul şəxslər mühakimə olunmalıdır. Unutmayaq ki, tapılan məzarlıqlardakı qurbanların ruhu ədalətin təmin olunmasını gözləyir.

P.S. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri