Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətlərdə təqsirləndirilənlər üzərində məhkəmə prosesi keçirildiyi bir əsnada, "Le Figaro" jurnalı növbəti qalmaqala qarışıb.Erməni ekstrimist qruplaşmalarla əlaqələri olan şəxslərə - Murad Papazyan və Ara Toranyana platforma təqdim edərək, Fransanın həftəlik nəşri bununla faktiki olaraq ölkənin milli təbliğat ruporu olduğunu nümayiş etdirib və obyektiv jurnalistika görüntüsündən imtina edib.
"La Gazette du Caucase" nəşri öz məqaləsində "Le Figaro"nun redaksiya siyasətinin həm etik, həm də faktiki nöqsanlarını ifşa edir.
"La Gazette" yazır ki, sözügedən nəşr "rəylər jurnalistikasının" bir istehkamına çevrilib və orada sensasionluq və erməni diasporunun radikal dairələrinə xidmət edən narrativlər obyekvilikdən çox uzaqdır.
"La Gazette"nin tənqid hədəfinə " Le Figaro"da nəşr olunan yazı çevrilib: "La Gazette" onu "xalis təbliğat" kimi xarakterizə edir.
Onilliklər ərzində davam edən münaqişənin gedişində, 1992-ci ildə Xocalı soyqırımı və ya 2020-ci ildə Gəncənin bombalanması kimi hadisələrdə azərbaycanlılar amansız cinayətlərə məruz qalıb və bu beynəlxalq səviyyədə qınanılıb.
Bunun əksi olaraq, Azərbaycan Silahlı Qüvvələrinin nə vaxtsa məqsədyönlü şəkildə erməni mülki əhalisinə silah qaldırmasına dair heç bir sübut yoxdur.
Bununla belə, "Le Figaro" Azərbaycanı təcavüzkar, onilliklərlə davam edən erməni işğalı və etnik təmizləmə siyasətini isə əsaslandırılmış bir şey kimi qələmə verərək tarixi faktların altını üstünə çevirən materiallar dərc edir.