Icma.az
close
up
RU
La Gazette du Caucase erməni ekstrimizminə xidmət göstərən fransız KİV i ifşa edir

La Gazette du Caucase erməni ekstrimizminə xidmət göstərən fransız KİV i ifşa edir

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətlərdə təqsirləndirilənlər üzərində məhkəmə prosesi keçirildiyi bir əsnada, "Le Figaro" jurnalı növbəti qalmaqala qarışıb.Erməni ekstrimist qruplaşmalarla əlaqələri olan şəxslərə - Murad Papazyan və Ara Toranyana platforma təqdim edərək, Fransanın həftəlik nəşri bununla faktiki olaraq ölkənin milli təbliğat ruporu olduğunu nümayiş etdirib və obyektiv jurnalistika görüntüsündən imtina edib.

"La Gazette du Caucase" nəşri öz məqaləsində "Le Figaro"nun redaksiya siyasətinin həm etik, həm də faktiki nöqsanlarını ifşa edir.

"La Gazette" yazır ki, sözügedən nəşr "rəylər jurnalistikasının" bir istehkamına çevrilib və orada sensasionluq və erməni diasporunun radikal dairələrinə xidmət edən narrativlər obyekvilikdən çox uzaqdır.

"La Gazette"nin tənqid hədəfinə " Le Figaro"da nəşr olunan yazı çevrilib: "La Gazette" onu "xalis təbliğat" kimi xarakterizə edir. Onilliklər ərzində davam edən münaqişənin gedişində, 1992-ci ildə Xocalı soyqırımı və ya 2020-ci ildə Gəncənin bombalanması kimi hadisələrdə azərbaycanlılar amansız cinayətlərə məruz qalıb və bu beynəlxalq səviyyədə qınanılıb. Bunun əksi olaraq, Azərbaycan Silahlı Qüvvələrinin nə vaxtsa məqsədyönlü şəkildə erməni mülki əhalisinə silah qaldırmasına dair heç bir sübut yoxdur. Bununla belə, "Le Figaro" Azərbaycanı təcavüzkar, onilliklərlə davam edən erməni işğalı və etnik təmizləmə siyasətini isə əsaslandırılmış bir şey kimi qələmə verərək tarixi faktların altını üstünə çevirən materiallar dərc edir.

Qondarma "Arsax respublikası"nı Ermənistan heç vaxt tanımayıb. Buna baxmayaraq, Ermənistanın hərbi birləşmələri az qala 30 il ərzində həmin əraziləri əlində saxlayıb və milyona yaxın azərbaycanlını öz evlərini tərk etmək məcburiyyətində qoyub. "La Gazette"nin fikrincə, Xankəndinin dinc yolla azad edilməsinin "etnik təmizləmə" kimi təqdim edilməsi "həm gülməli, həm də ağlamalıdır", və indiyə kimi ədalətin öz yerini tapmasını gözləyən həqiqi etnik təmizləmə qurbanlarına bir təhqirdir.

Məqalənin müəllifləri Murad Papazyan və Ara Toranyan heç də qərəzsiz şərhçilər kimi tanınmırlar. Papazyanın fəaliyyətləri Ermənistan İnqilabi Federasiyası ("Daşnaksütyun") ilə sıx bağlıdır və o, siyasi məqsədlərə çatmaq üçün zorakılığı dəstəkləməsi ilə məşhurdur.

Torayanın xidməti siyahısı da az qalmaqallı deyil. ASALA terrorçu qruplaşmasının siyasi qanadı sayılan Ermənistan Milli Hərəkatının keçmiş liderinin adı çoxsaylı terror aktları, o cümlədən 1983-cü ildə Fransanın Orli aeroportunda törədilmiş partlayışa görə cavabdehlik daşıyan təşkilatla yanbayan hallanır. Hərçənd, o formal olaraq ASALA-dan uzaqlaşsa da, "La Gazette"nin fikrincə, onun ekstrimist baxışları hələ də dəyişməz olaraq qalır, nüfuzu isə Fransanın siyasi elitası, o cümlədən prezident Emmanuel Makronla isti münasibətlərinin sayəsində daha da güclənib.

Papazyan və Toranyan kimi fiqurlara platforma verməklə, "Le Figaro" anlaqlı şəkildə jurnalistika prinsiplərindən vaz keçmiş olub. "La Gazette" xüsusi olaraq jurnalın baş redaktor müavini Jan-Kristof Buissonun adını vurğulayır. Nəşrin qeydinə görə, sözügedən şəxs "Le Figaro"nu bir "təbliğat ruporuna" çevirib. Buissonun qatı-sağçılar və millətçilərə dəstəklə bağlı tarixçəsi isə bu şübhələri daha da gücləndirir. Belə ki, o erməni separatçı narrativlərinin legitimləşdirilməsi və alternativ nöqteyi-nəzərlərin susdurulması üçün öz nüfuzundan istifadə edir.

Belə şəxslərə platforma təqdim etməklə "Le Figaro" jurnalist prinsipiallığını qurban vermiş və obyektivliyi tamamilə itirmişdir. Ekstrimistlərlə əməkdaşlıq etməklə və təhrif olunmuş faktları yaymaqla nəşr təkcə peşəkar strandartları pozmur , həm də regionda sülh və barışığın bərqərar olması üçün atılan səylərə ağır zərbə vurur.

"La Gazette du Caucase"nin haqlı olaraq qeyd etdiyi kimi, bu cür jurnalistikanın tənəzzülü yalnız nifrətə layiqdir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri