La Liqa: “Elçe” ilə “Sevilya”nın oyununda qalib müəyyənləşməyib | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumat verir. İspaniya La Liqasının 20-ci turunun “Elçe” və “Sevilya” komandaları arasında keçirilən
İdman.Biz xəbər verir ki, komandalar “Manuel Martinez Valero” stadionunda (Elçe) qarşılaşıblar. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Elçe”nin yarımmüdafiəçisi Aleys Febas oyunun ilk qolunu 14-cü dəqiqədə vurub.
55-ci dəqiqədə hücumçu German Valera ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.
Akor Adams 75-ci dəqiqədə fərqi azaldıb və əlavə vaxtda penaltini qola çevirərək hesabı bərabərləşdirib.
La Liqanın 20 oyunundan sonra “Elçe” 24 xalla səkkizinci yerdədir. “Sevilya” 21 xalla 16-cı yerdədir.
Növbəti turda “Sevilya” 24 yanvarda evdə “Atletik Bilbao”, “Elçe” isə bir gün əvvəl səfərdə “Levante” ilə qarşılaşacaq.
İdman.Biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu