La Liqa: “Elçe” ilə “Sevilya”nın oyununda qalib müəyyənləşməyib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniya La Liqasının 20-ci turunun “Elçe” və “Sevilya” komandaları arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar “Manuel Martinez Valero” stadionunda (Elçe) qarşılaşıblar. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Elçe”nin yarımmüdafiəçisi Aleys Febas oyunun ilk qolunu 14-cü dəqiqədə vurub. 55-ci dəqiqədə hücumçu German Valera ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Akor Adams 75-ci dəqiqədə fərqi azaldıb və əlavə vaxtda penaltini qola çevirərək hesabı bərabərləşdirib.
La Liqanın 20 oyunundan sonra “Elçe” 24 xalla səkkizinci yerdədir. “Sevilya” 21 xalla 16-cı yerdədir.
Növbəti turda “Sevilya” 24 yanvarda evdə “Atletik Bilbao”, “Elçe” isə bir gün əvvəl səfərdə “Levante” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Yanvar 2026 02:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















