Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının üçüncü turunda “Real” doğma meydanda “Malaqa” üzərində böyükhesablı qələbəyə sevinib.
İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma Madrid klubunun 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Hesab 19-cu dəqiqədə açılıb. Cud Bellinqem qonaqların qapısına yol tapıb. 26-cı dəqiqədə “Malaqa”nın qapıçısı Alfonso Errero avtoqol müəllifi olub.
Dörd dəqiqə sonra Kilian Mbappe fərqi üç topa çatdırıb. Matçda son nöqtəni isə 90+1-ci dəqiqədə Arda Güler qoyub – 4:0.
Bu nəticədən sonra “Real” üç oyunda maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinə başçılıq edir. “Malaqa” isə 1 xalla 19-cu pillədə qərarlaşıb.
Növbəti turda “Real” sentyabrın 4-də “Betis”lə, “Malaqa” isə sentyabrın 6-da “Levante” ilə qarşılaşacaq.