La Liqa: “Real” “Malaqa”nı darmadağın edərək liderliyini möhkəmləndirdi VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının üçüncü turunda “Real” doğma meydanda “Malaqa” üzərində böyükhesablı qələbəyə sevinib.
İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma Madrid klubunun 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Hesab 19-cu dəqiqədə açılıb. Cud Bellinqem qonaqların qapısına yol tapıb. 26-cı dəqiqədə “Malaqa”nın qapıçısı Alfonso Errero avtoqol müəllifi olub.
Dörd dəqiqə sonra Kilian Mbappe fərqi üç topa çatdırıb. Matçda son nöqtəni isə 90+1-ci dəqiqədə Arda Güler qoyub – 4:0.
Bu nəticədən sonra “Real” üç oyunda maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinə başçılıq edir. “Malaqa” isə 1 xalla 19-cu pillədə qərarlaşıb.
Növbəti turda “Real” sentyabrın 4-də “Betis”lə, “Malaqa” isə sentyabrın 6-da “Levante” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 30 Avqust 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















