Laçında İlham Qəhrəmanla görüş keçirildi | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır. Laçın şəhərində tanınmış şair İlham Qəhrəmanla oxucuların görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, ki LaCinema klubda baş tutan görüşdə Laçın şəhərinin, Sus və Zabux kəndlərinin ədəbiyyata, şeirə dəyər verən sakinləri iştirak ediblər.
Tədbirin aparıcısı ağsaqqal ziyalı Qəzənfər Hüseynov İlham Qəhrəmanın çoxşaxəli yaradıcılığı barədə məlumat verib.
O, şairin “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığın “Gül dəftəri” kimi xalq yaradıcılığından ibarət kitablar tərtib etdiyini, həmin kitabların yüksək tirajla ölkəmizdə bir neçə dəfə təkrar çap edildiyini vurğulayıb.
Ustad Aşıq Alının “Nə qaldı” kitabına geniş önsöz yazaraq oxuculara ərməğan edən İlham Qəhrəmanın bu sahədə əməyi xüsusi qeyd olunub.
Şairin əziyyətinə qatlaşdığı və Laçının 100 illiyinə həsr olunmuş ədəbi antologiya da minnətdarlıqla xatırlanıb.
Qəzənfər Hüseyn şairin yaradıcılığından danışarkən deyib: "Laçın işğalda olan dövrdə İlham Qəhrəmanın şeirləri oxuculara Laçını unutmağa qoymadı.
Şairin bu baxımdan “Gedəcəm” və “Bu gecə evimiz yadıma düşdü" şeirlərinin ayrıca önəmi var".
Tam oxu
Xəbəri oxu