Icma.az
close
up
RU
Laçında İlham Qəhrəmanla görüş keçirildi

Laçında İlham Qəhrəmanla görüş keçirildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Laçın şəhərində tanınmış şair İlham Qəhrəmanla oxucuların görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, ki LaCinema klubda baş tutan görüşdə Laçın şəhərinin, Sus və Zabux kəndlərinin ədəbiyyata, şeirə dəyər verən sakinləri iştirak ediblər.

Tədbirin aparıcısı ağsaqqal ziyalı Qəzənfər Hüseynov İlham Qəhrəmanın çoxşaxəli yaradıcılığı barədə məlumat verib. O, şairin “Laçın folkloru”, “Laçın lətifələri”, Sarı Aşığın “Gül dəftəri” kimi xalq yaradıcılığından ibarət kitablar tərtib etdiyini, həmin kitabların yüksək tirajla ölkəmizdə bir neçə dəfə təkrar çap edildiyini vurğulayıb.

Ustad Aşıq Alının “Nə qaldı” kitabına geniş önsöz yazaraq oxuculara ərməğan edən İlham Qəhrəmanın bu sahədə əməyi xüsusi qeyd olunub. Şairin əziyyətinə qatlaşdığı və Laçının 100 illiyinə həsr olunmuş ədəbi antologiya da minnətdarlıqla xatırlanıb.

Qəzənfər Hüseyn şairin yaradıcılığından danışarkən deyib: "Laçın işğalda olan dövrdə İlham Qəhrəmanın şeirləri oxuculara Laçını unutmağa qoymadı. Şairin bu baxımdan “Gedəcəm” və “Bu gecə evimiz yadıma düşdü" şeirlərinin ayrıca önəmi var".

Daha sonra İlham Qəhrəman tədbir iştirakçılarına öz şeirlərini səsləndirib, bundan başqa Dirili Qurban, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi ustadları xatırladıb, onlardan şeirlər oxuyub.

Tədbirdə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimiz də unudulmayıb, şair onlara həsr etdiyi bayatı və şeirlərini səsləndirib.

Görüş iştirakçılarından yerli ziyalılar Elşən İbrahimov, Qərib Səlimov, şairin yurdunu ziyarətə gedən dostları Qurban Yaquboğu və Sədi Məmmədov da çıxış edib, şairin yaradıcılığından bəhs ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 25 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri