Lamborghini dən gözlənilməz qərar: Elektrikli avtomobillərə yox dedi

18.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İtaliyanın lüks avtomobil istehsalçısı "Lamborghini"nin marketinq və satış direktoru Federiko Foskini şirkətin elektromobil istehsalı ilə bağlı planlarından danışıb.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, avtomobil nəhəngi 2030-cu ilədək tam elektrikli avtomobillər istehsal etmək planından imtina edib.

Bildirilib ki, bu qərar şirkətin elektromobil bazarında rəqiblərindən fərqlənməsinə imkan verəcək texnologiyaların hələlik mövcud olmaması ilə əlaqədardır.

"Biz belə qənaətə gəldik ki, burada əsas məsələ avtomobilin yaratdığı emosional təəssüratdır. Hələlik bizi rəqiblərimizdən fərqləndirəcək texnologiyalara malik deyilik", - deyə Foskini bildirib.

O əlavə edib ki, şirkətin növbəti dörd il ərzində təqdim edəcəyi yeni nəsil avtomobillər tam elektrikli deyil, elektrik şəbəkəsindən enerji ilə doldurula bilən hibridlər (PHEV) olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью