Lamborghini dən gözlənilməz qərar: Elektrikli avtomobillərə yox dedi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İtaliyanın lüks avtomobil istehsalçısı "Lamborghini"nin marketinq və satış direktoru Federiko Foskini şirkətin elektromobil istehsalı ilə bağlı planlarından danışıb.
Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, avtomobil nəhəngi 2030-cu ilədək tam elektrikli avtomobillər istehsal etmək planından imtina edib.
Bildirilib ki, bu qərar şirkətin elektromobil bazarında rəqiblərindən fərqlənməsinə imkan verəcək texnologiyaların hələlik mövcud olmaması ilə əlaqədardır.
"Biz belə qənaətə gəldik ki, burada əsas məsələ avtomobilin yaratdığı emosional təəssüratdır. Hələlik bizi rəqiblərimizdən fərqləndirəcək texnologiyalara malik deyilik", - deyə Foskini bildirib.
O əlavə edib ki, şirkətin növbəti dörd il ərzində təqdim edəcəyi yeni nəsil avtomobillər tam elektrikli deyil, elektrik şəbəkəsindən enerji ilə doldurula bilən hibridlər (PHEV) olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 18 Noyabr 2026 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















