Icma.az bildirir, Xalq qazeti portalına istinadən. 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına təkcə qanlı faciə deyil,
Həmin müdhiş gecədə şəhid olanlar arasında bizim oxuduğumuz 134 nömrəli məktəbin şagirdi, sinif yoldaşım Larisa Məmmədova da var idi.
13 yaşlı məktəbli qızın qətlə yetirilməsi bir nəslin uşaqlıq xatirələrində sağalmaz yara kimi qaldı: Larisa ilə eyni partada əyləşən, onun ən saf arzularına şahidlik edən rəfiqəsi kimi o günləri yenidən xatırlayıram.
Məktəbimizin yaxınlığında yaşayan Larisa yaddaşımda ağıllı, sakit və musiqiyə sonsuz həvəs göstərən bir qız kimi qalıb.
Bizi təkcə eyni parta deyil, həm də musiqi məktəbindəki fortepiano dərsləri birləşdirirdi.
Onun ən böyük arzusu gələcəkdə musiqi müəllimi olmaq idi. Dərsdənkənar vaxtlarda rəsmlər çəkir, yaşından çox böyük görünən mənzərələr yaradı
Evin böyük övladı olduğu üçün ailəsinə, xüsusilə kiçik bacı-qardaşına qarşı çox qayğıkeş idi.
O, kiçik yaşlarından əllə toxumağı da öyrənmişdi, hətta qardaşı Emin və bacısı Nərminə üçün öz əlləri ilə geyimlər də hörmüşdü.