Icma.az
close
up
RU
Larisanın yarımçıq qalmış melodiyası…

Larisanın yarımçıq qalmış melodiyası…

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına təkcə qanlı faciə deyil, həm də milli azadlıq mübarizəmizin dönüş nöqtəsi kimi həkk olundu. Həmin müdhiş gecədə şəhid olanlar arasında bizim oxuduğumuz 134 nömrəli məktəbin şagirdi, sinif yoldaşım Larisa Məmmədova da var idi.

13 yaşlı məktəbli qızın qətlə yetirilməsi bir nəslin uşaqlıq xatirələrində sağalmaz yara kimi qaldı: Larisa ilə eyni partada əyləşən, onun ən saf arzularına şahidlik edən rəfiqəsi kimi o günləri yenidən xatırlayıram.

Məktəbimizin yaxınlığında yaşayan Larisa yaddaşımda ağıllı, sakit və musiqiyə sonsuz həvəs göstərən bir qız kimi qalıb. Bizi təkcə eyni parta deyil, həm də musiqi məktəbindəki fortepiano dərsləri birləşdirirdi. Onun ən böyük arzusu gələcəkdə musiqi müəllimi olmaq idi. Dərsdənkənar vaxtlarda rəsmlər çəkir, yaşından çox böyük görünən mənzərələr yaradırdı. Evin böyük övladı olduğu üçün ailəsinə, xüsusilə kiçik bacı-qardaşına qarşı çox qayğıkeş idi. O, kiçik yaşlarından əllə toxumağı da öyrənmişdi, hətta qardaşı Emin və bacısı Nərminə üçün öz əlləri ilə geyimlər də hörmüşdü.

1977-ci ildə Ukraynada doğulan dostuma adını da orada qoymuşdular, lakin o, bu adı çox da sevmirdi. Tez-tez “5 ildən sonra şəxsiyyət vəsiqəsi alanda adımı dəyişib Lalə qoyacağam”, – deyirdi. Təəssüf ki, həyat ona nə adını dəyişməyə, nə də arzuladığı musiqi müəllimi olmağa imkan verdi. Cəmi bir neçə saat əvvəl gülə-gülə ayrıldığımız bir dostumuzun itkisi məktəbdə hamını sarsıtmışdı.

Bu günlərdə Larisanın bacısı Nərminə xanımla görüşdük. O, hələ də 19 yanvar gecəsinin yarasını qəlbində daşıyır. Söhbət zamanı Nərminə xanım anasından dəfələrlə eşitdiyi o son saatlardan belə danışır: “Yanvarın 19-u idi. Həmin gün Larisa, sanki, nəsə hiss edirmiş kimi, avtobus sürücüsü olan atamın yanından bir an belə ayrılmaq istəmirdi. Anam qəlbinə daman o qəribə narahatlıq hissi ilə onu evdə saxlamağa çalışsa da, Larisanın inadı qarşısında çarəsiz qaldı”.

Nərminə xanım deyir ki, o gün Larisa, sanki, öz bəlalı aqibətinə doğru can atırdı. Atası ilə onun iş yerinə gedəndə, heç kim bu ayrılığın əbədi olacağını ağlına gətirməmişdi. İndiki 20 Yanvar dairəsi yaxınlığında atası ayağından ağır yaralansa da, Larisa ürəyindən aldığı güllə yarası ilə əbədiyyətə qovuşmuşdu.

Nərminə xanım üçün Larisa o vaxtdan 13 yaşlı “böyük” bacı obrazıdır. O vaxtlar hələ kiçik olduğu üçün baş verənləri tam dərk etməsə də, illərdir ki, evdə qorunub saxlanılan o toxunma geyimlər, bacısının yadigarı olan hər bir əşya onun üçün Larisanın varlığını əks etdirən əziz nişanələrdir. Larisa onun yaddaşında anasının anlatdığı qayğıkeş, mehriban bacı obrazı ilə yaşayır.

Larisanın dəfnindən sonra sinif yoldaşlarımızla getdiyimiz Şəhidlər xiyabanındakı o izdiham qəlbimizdə silinməz izlər buraxmışdı. O gündən məktəbimizdə onun adını daşıyan sinfimiz bizim üçün müqəddəs yerə çevrilmişdi. O hadisələrdən 36 il keçsə də, Larisanın xatirəsi hər zaman bizimlə yaşayır.

Vətən müharibəsində qazanılan qələbə xalqımızın əyilməz iradəsini, qəhrəmanlığını dünyaya nümayiş etdirdi. Mənə isə elə gəlir ki, 13 yaşlı Larisanın – bizim sevimli Laləmizin 36 il əvvəl fortepianoda yarımçıq qalmış melodiyası, bu gün azad Şuşada, Qarabağda səslənir, zəfər sədalarına qarışaraq əbədiyyət nəğməsinə dönür.

Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri