Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim ed…
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 14 iyul, AZƏRTAC İyulun 5-13-də Latviyanın paytaxtı Riqada XIII Latviya Məktə
İlk dəfə 1960-cı il iyunun 23-də keçirilən bu bayram Latviyada ölkə səviyyəsində geniş şəkildə qeyd olunan ən məşhur uşaq və gənc mahnı-rəqs
Builki bayramda Latviyanın 43 bölgəsindən 38 min 114 insan iştirak edib.
Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu bayramda ilk dəfə olaraq iştirak edib.Qrup bayram çərçivəsində iyulun 11-də Riqadakı Vermanes bağında keçirilən diaspora və xarici qonaq qruplarının konsertində “Uzundərə”, “Sarı gəlin”, “Qaval” və “Kəlağayı” rəqslərini Azərbaycan milli geyimlərində məharətlə təqdim edib.
Milli rəqslərimiz tamaşaçılar tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.İyulun 13-də isə Riqada Latviyanın Prezidenti, Baş naziri və Parlamentinin sədrinin də qatıldığı bayram iştirakçılarının təntənəli paradı keçirilib.
Qeyd edək ki, “Məktəbli Gənclərin Mahnı və Rəqs Bayramı haqqında” yerli qanuna əsasən, bayram hər beş ildən bir Ümummilli Latviya Mahnı və Rəqs Festivalları arasında keçirilir.
Festival isə 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub və sözügedən bayram bu irsin bir hissəsidir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu