Icma.az
close
up
RU
Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 5-13-də Latviyanın paytaxtı Riqada XIII Latviya Məktəbli Gənclərin Mahnı və Rəqs Bayramı keçirilib. İlk dəfə 1960-cı il iyunun 23-də keçirilən bu bayram Latviyada ölkə səviyyəsində geniş şəkildə qeyd olunan ən məşhur uşaq və gənc mahnı-rəqs tədbiridir. Builki bayramda Latviyanın 43 bölgəsindən 38 min 114 insan iştirak edib.

Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu bayramda ilk dəfə olaraq iştirak edib.

Qrup bayram çərçivəsində iyulun 11-də Riqadakı Vermanes bağında keçirilən diaspora və xarici qonaq qruplarının konsertində “Uzundərə”, “Sarı gəlin”, “Qaval” və “Kəlağayı” rəqslərini Azərbaycan milli geyimlərində məharətlə təqdim edib. Milli rəqslərimiz tamaşaçılar tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.

İyulun 13-də isə Riqada Latviyanın Prezidenti, Baş naziri və Parlamentinin sədrinin də qatıldığı bayram iştirakçılarının təntənəli paradı keçirilib.

Qeyd edək ki, “Məktəbli Gənclərin Mahnı və Rəqs Bayramı haqqında” yerli qanuna əsasən, bayram hər beş ildən bir Ümummilli Latviya Mahnı və Rəqs Festivalları arasında keçirilir. Festival isə 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub və sözügedən bayram bu irsin bir hissəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri