Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Artıq Rusiyanın Ermənistana qarşı açıq təhdidlərə start verib.
Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı ilə hədələyib.O bildirib ki, Aİ üzvlüyünə doğru hərəkət Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün saxlanması ilə uyğun gələ bilməz.
Lavrov deyib ki, hər ikisində iştirakın birləşdirilməsi mümkün deyil.Erməni Apostol Kilsəsinə münasibətə də toxunan Rusiya XİN-in rəhbəri bu istiqamətdə vəziyyətin necə inkişaf etdiyini təəssüflə izlədiklərini də vurğulayıb.
Xatırladaq ki, ötən həftə Rusiya və Ermənistan arasında diplomatik gərginlik yaşanıb.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini nazirliyə çağıraraq, ona etiraz notası təqdim edib.
Buna səbəb isə rusiyalı jurnalist Vladimir Solovyovun televiziya efirində Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaması üçün Moskvanın güc tətbiq etməli və hətta beynəlxalq hüquqa məhəl qoymadan hərbi əməliyyatlar keçirməli olduğunu bildirməsi olub.
Bütün bunlar isə Rusiya-Ermənistan münasibətlərində soyuqluğun daha da artması kimi qiymətləndirilir.
Prosesin Ermənistanda seçkiöncəsi dövrə təsadüf etməsi isə müəyyən suallar doğurub.Görəsən, seçikqabağı dövrdə tərəflər arasında gərginlik daha da artacaq?Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun səsləndirdiyi bu fikirlər Moskva ilə İrəvan arasındakı münasibətlərdə "diplomatik nəzakət" dövrünün bitdiyini və rəsmi Kremlin Ermənistandakı seçki prosesinə birbaşa müdaxilə alətlərini işə saldığını göstərir:“Lavrovun həm iqtisadi (AİB-dən çıxarılma), həm də mənəvi-ideoloji (Erməni Apostol Kilsəsi) faktorları eyni bəyanatda vurğulaması təsadüfi deyil.