Icma.az
close
up
RU
Lavrovdan İrəvana AÇIQ TƏHDİD Rusiya Ermənistan gərginliyi yenidən ALOVLANIR

Lavrovdan İrəvana AÇIQ TƏHDİD Rusiya Ermənistan gərginliyi yenidən ALOVLANIR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq Rusiyanın Ermənistana qarşı açıq təhdidlərə start verib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı ilə hədələyib.
O bildirib ki, Aİ üzvlüyünə doğru hərəkət Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün saxlanması ilə uyğun gələ bilməz. Lavrov deyib ki, hər ikisində iştirakın birləşdirilməsi mümkün deyil.
Erməni Apostol Kilsəsinə münasibətə də toxunan Rusiya XİN-in rəhbəri bu istiqamətdə vəziyyətin necə inkişaf etdiyini təəssüflə izlədiklərini də vurğulayıb.
 

Xatırladaq ki, ötən həftə Rusiya və Ermənistan arasında diplomatik gərginlik yaşanıb. Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini nazirliyə çağıraraq, ona etiraz notası təqdim edib. Buna səbəb isə rusiyalı jurnalist Vladimir Solovyovun televiziya efirində Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaması üçün Moskvanın güc tətbiq etməli və hətta beynəlxalq hüquqa məhəl qoymadan hərbi əməliyyatlar keçirməli olduğunu bildirməsi olub.


Bütün bunlar isə Rusiya-Ermənistan münasibətlərində soyuqluğun daha da artması kimi qiymətləndirilir. Prosesin Ermənistanda seçkiöncəsi dövrə təsadüf etməsi isə müəyyən suallar doğurub.
Görəsən, seçikqabağı dövrdə tərəflər arasında gərginlik daha da artacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun səsləndirdiyi bu fikirlər Moskva ilə İrəvan arasındakı münasibətlərdə "diplomatik nəzakət" dövrünün bitdiyini və rəsmi Kremlin Ermənistandakı seçki prosesinə birbaşa müdaxilə alətlərini işə saldığını göstərir:
“Lavrovun həm iqtisadi (AİB-dən çıxarılma), həm də mənəvi-ideoloji (Erməni Apostol Kilsəsi) faktorları eyni bəyanatda vurğulaması təsadüfi deyil. Bu, Ermənistanın daxili auditoriyasına ünvanlanmış kəskin bir "geosiyasi ultimatum"dur.
İrəvan Moskva gərginliyi artır...
​Ekspert qeyd edib ki, iyunda olacaq parlament seçkiləri ərəfəsində tərəflər arasında gərginliyin artması qaçılmazdır və bu gərginlik fonunda aşağıdakı ssenarilərin reallaşması gözlənilir:
 

​“İqtisadi "cəza" mexanizmlərinin işə salınması mümkündür. Lavrovun "Aİ və AİB bir araya sığmır" xəbərdarlığı sadəcə hüquqi rəy deyil, həm də iqtisadi sanksiya anonsudur. Rusiya Ermənistanın ixracatının 40%-dən çoxuna nəzarət edir. Seçkiqabağı dövrdə "Yuxarı Lars" keçid məntəqəsində erməni kənd təsərrüfatı məhsullarına qarşı "fitosanitar" məhdudiyyətlərin sərtləşdirilməsi, təbii qazın qiyməti ilə bağlı manipulyasiyalar və ya Rusiyadakı erməni miqrantların pul köçürmələrinə tətbiq edilə biləcək süni maneələr Paşinyan hakimiyyətini iqtisadi zərbə ilə sarsıtmaq məqsədi daşıyacaq”.


Müsahibimiz deyib ki, dini və milli kimlik üzərindən İrəvana təzyiqlər də mümkündür:
“Lavrovun kilsə məsələsinə toxunması Moskvanın Ermənistan daxilindəki mühafizəkar qüvvələri və kilsə ətrafında birləşən müxalifəti rəsmi şəkildə dəstəkləyəcəyinə işarədir. Rusiya Paşinyanı "erməni dəyərlərini Qərbə satan allahsız lider" kimi qələmə verməklə, cəmiyyətdə dərin qütbləşmə yaratmağa çalışacaq.
​Ermənistana qarşı Moskvanın hibrid müharibə və dezinformasiya dalğasına keçəcəyi də mümkün variantlardandır. 2026-cı il seçkiləri Ermənistanın xarici siyasət kursu üçün faktiki referendum xarakteri daşıyır. Rusiya mərkəzli media resurslarının Ermənistandakı fəaliyyətinin kəskinləşməsi, "saxta xəbər" fabriklərinin işə düşməsi və Paşinyan komandasının "təhlükəsizlik uğursuzluqları"nın qabardılması gözlənilir. Moskva çalışacaq ki, erməni seçicisi qarşısında iki seçim qoysun: "Rusiya ilə çörək və təhlükəsizlik" və ya "Qərb ilə aclıq və qeyri-müəyyənlik".
​T. İsmayılov düşünür ki, Lavrovun açıqlaması həm də Ermənistandakı revanşist qüvvələrə yandırılan "yaşıl işıq"dır:
“Rusiya bu qüvvələrin vahid blokda birləşməsi üçün maliyyə və siyasi dəstəyini artıra bilər. Lakin burada Moskvanın qarşısında duran ən böyük maneə Ermənistan xalqının "keçmişə" olan dərin nifrətidir. ​
Nəticə etibarilə, seçki yaxınlaşdıqca Rusiya "yumşaq güc"dən "sərt təhdid"ə keçid edəcək. Paşinyan isə buna cavab olaraq Avropa İttifaqı və ABŞ-dan daha konkret təhlükəsizlik zəmanətləri və iqtisadi "təhlükəsizlik yastığı" (maliyyə yardımı) tələb edəcək. Bu qarşıdurma Ermənistanı geosiyasi qırılma nöqtəsinə gətirə bilər ki, bu da regionda sabitlik üçün yeni risklər vəd edir”.
Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri