Layiqli ömür yaşadı | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan jurnalistikasında, mətbuatında özünə məxsus dəsti-xətti olan yorulmaz tədqiqatçı, jurnalist-yazıçı, tərcüməçi Şəmistan Nəzirli çox sevdiyi Qazax rayonunda, ADA Universitetinin Tədris Mərkəzində (Qazax Müəllimlər Seminariyasında), dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirində 83 yaşında qəflətən vəfat etdi.
Bu acı xəbər bir andaca ölkəyə yayıldı, bütün mətbuat səhifələrində, sosial şəbəkələrdə Şəmistan haqqında kövrək materiallar yazıldı, xatirələr dərc olundu.
Xüsusən də tələbə yoldaşım Əməkdar jurnalist Tahir Aydınoğlunun və qələm dostum, hörmətli professor Ədalət Tahirzadənin yazıları məni silkələdi.
Şəmistan Qazax rayonunu çox sevirdi, tez-tez ora gedirdi. Onun Qazax sevgisinin mayasında Körpülü kəndi dururdu.
Qərbi Azərbaycanın Körpülü kəndinin əhalisi Qazax rayonunu Şıxlı və İncəli kəndlərindən köç etmişdilər.
Bu kənddə hamı əslinin-nəslinin tarixini əla bilir. Bu gün də Körpülüdə elə bir ailə tapmazsan ki, onun adı çəkilən kəndlərdə əmisi, dayısı,
Elə Şəmistanın da, mənim də Şıxlıda, İncəlidə, Salahlıda onlarla qohumlarımız, simsarlarımız var.
Tam oxu
Xəbəri oxu