Lazım gəldikdə hücuma keçməyi bacaran Azərbaycan mediası | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində azad Xankəndidə keçirillən III Şuşa Qlobal Media Forumu üçün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunun seçilməsi heç də təsadüfi deyil.
Yaşadığımız Dördüncü sənaye inqilabı dövrü sürətli transformasiyaları zərurətə çevirib.
150 illik milli mətbuatımız da bu transformasiyalardan kənarda qala bilməz.
Milli mətbuatımızın fəaliyyəti ölkəmizin sürətli inkişafına adekvatlıq təşkil etməlidir.
İlk milli mətbuat qaranquşu Forumda sualları cavablandıran Prezident İlham Əliyev mediamızın doğrudan böyük inkişaf yolu keçdiyinə xüsusi vurğu edib.
Mediamız bugünkü yüksək səviyyəyə çatanadək bir sıra mərhələlərdən keçib.
İlk mətbuat qaranquşumuz olan “Əkinçi” qəzeti 1875-ci ilin iyulunda mürəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görüb.
Tam oxu
Xəbəri oxu