Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Lazım gəldikdə hücuma keçməyi bacaran Azərbaycan mediası

Lazım gəldikdə hücuma keçməyi bacaran Azərbaycan mediası

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində azad Xankəndidə keçirillən III Şuşa Qlobal Media Forumu üçün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunun seçilməsi heç də təsadüfi deyil. Yaşadığımız Dördüncü sənaye inqilabı dövrü sürətli transformasiyaları zərurətə çevirib. 150 illik milli mətbuatımız da bu transformasiyalardan kənarda qala bilməz. Milli mətbuatımızın fəaliyyəti ölkəmizin sürətli inkişafına adekvatlıq təşkil etməlidir.

İlk milli mətbuat qaranquşu

Forumda sualları cavablandıran Prezident İlham Əliyev mediamızın doğrudan böyük inkişaf yolu keçdiyinə xüsusi vurğu edib. Mediamız bugünkü yüksək səviyyəyə çatanadək bir sıra mərhələlərdən keçib. İlk mətbuat qaranquşumuz olan “Əkinçi” qəzeti 1875-ci ilin iyulunda mürəkkəb ictimai-siyasi şəraitdə işıq üzü görüb. Çox doğru olaraq “Əkinçi”nin nəşrə başlaması həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı kimi dəyərləndirlir. Azərbaycan dilində bu nəşrin işıq üzü görməsi, sözün əsl mənasında, böyük bir hadisə idi. O dövrdə azərbaycanlılar digər xalqlarla müqayisədə təhsildə, maarifçilik ideyalarında geri qalırdılar. Bu da milli ruhlu təəssübkeş ziyalılarımızı ciddi narahat edirdi və onlar boşluğu doldurmaq üçün yollar axtarırdılar. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bütün maneələrə baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. Fəaliyyəti dayandırılan “Əkinçi”dən sonra isə “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər araya-ərsəyə gəldilər.

Milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası Heydər Əliyev tərəfindən qoyulub

Bu gün özünəməxsus cəhətləri ilə fərqlənən milli mətbuatımızın müasir inkişaf mərhələsinin əsası isə böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Xatırladaq ki, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda Azərbaycan dilli mətbuatın inkişafını həmişə diqqət mərkəzində saxlamışdı. Məhz Onun qayğısı sayəsində 1969-1982-ci illərdə Azərbaycanda yüksək peşəkarlığa malik jurnalistlər pleyadası formalaşmışdı. Heydər Əliyev həmin dövrdə vaxtaşırı respublikamızda nəşr olunan qəzet və jurnalların kollektivləri ilə görüşür, jurnalistlərə öz tövsiyələrini verir, onları Azərbaycan dilinin incəliklərini qorumağa, zəngin mədəniyyətimizi təbliğ etməyə çağırırdı. Bəhs olunan illərdə respublika rəhbərliyinin KİV təmsilçilərinə qayğısı da çoxşaxəli idi.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə milli mətbuatımıza qayğı siyasətini yeni səviyyədə davam etdirib. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında”  Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Digər çoxsaylı faktları da sadalamaq mümkündür. Mətbuat təmsilçiləri də Ulu Öndərin hərtərəfli diqqət və qayğına cavab olaraq Onu “Jurnalistlərin dostu” seçiblər.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın inkişafını sürətləndirmək, media resurslarının səmərəli idarə olunmasını təmin etmək və peşəkar jurnalistikaya dəstək vermək baxımından böyük önəm daşıyır.

Aktual mövzuların müzakirə platforması

Artıq ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumu aktual mövzuların müzakirəsi üçün əlverişli mühit yaradır. Forum çərçivəsində təşkil edilən panel iclasları, diskussiyalar və əməkdaşlıq imkanları media peşəkarlarının biliklərini artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın qurulmasına da zəmin yaradır. Azərbaycanın dövlət media siyasətinin əsas prioritetlərindən biri olan informasiya şəffaflığı və milli maraqların qorunması bu tədbirlər vasitəsilə daha aydın görünür.

Forumun nüfuzu ildən-ilə artır. Dünya mediasının bu platformaya artan marağı və fəal iştirakı Azərbaycanın informasiya məkanında sabit və prinsipial mövqeyinin göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev hər il Forumun açılış mərasimində şəxsən iştirak edir və dünyanın tanınmış media nümayəndələrinin, jurnalistlərin suallarını çox geniş şəkildə cavablandırır. Bu cavablar Prezidentin medianın cəmiyyətdəki rolu, məsuliyyəti ilə bağlı prinsipial və aydın baxışlarını əks etdirir. Bu dəfəki Forumda dövlətimizin başçısı Azərbaycan mediasının  dövlət maraqlarını qorumağa qadir olmasından xüsusi məmnunluğunu ifadə edib. Həqiqətən də  milli mətbuatımız  Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar qazanıb. Etiraf edək ki, bir sıra hallarda transmilli mediada ölkəmizə qarşı əsassız hücumlar edilir, ölkəmizin reallıqları məqsədli şəkildə təhrif olunur, bizə qarşı “qara piar” kampaniyaları aparılır. Forumda da vurğulandığı kimi, yaxşı haldır ki, mediamız belə hallara qarşı həssas yanaşma sərgiləyir, hətta lazım gəldikdə hücuma keçməyi də bacarır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri