Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində futbolun inkiş
Bunlar yeni baş katibin təyinatı, klub sayının artırılması və legioner futbolçu limitinin ləğvi ilə bağlı olub.
Belə ki, yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq, legioner limiti isə tamamilə ləğv olunacaq.
Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq: 1.
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər. 2. Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər. 3.
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq: - 1 legionerdən 7 legionerə qədər: 5 000 AZN - 8-dən 12-yə qədər: 10 000 AZN - 13-dən 15-ə qədər: 100 000 AZN - 16 və daha yuxarı: 200 000 AZN 4.
Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. 5.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək.