Icma.az
close
up
RU
Legioner limiti və komanda sayı ilə bağlı qərarlar futbolumuzu ağ günə çıxaracaq?

Legioner limiti və komanda sayı ilə bağlı qərarlar futbolumuzu ağ günə çıxaracaq?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində futbolun inkişafı üçün üç vacib qərar qəbul edilib. Bunlar yeni baş katibin təyinatı, klub sayının artırılması və legioner futbolçu limitinin ləğvi ilə bağlı olub.

Belə ki, yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq, legioner limiti isə tamamilə ləğv olunacaq.

Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

1. Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

2. Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

3. Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

- 1 legionerdən 7 legionerə qədər: 5 000 AZN

- 8-dən 12-yə qədər: 10 000 AZN

- 13-dən 15-ə qədər: 100 000 AZN

- 16 və daha yuxarı: 200 000 AZN

4. Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

5. Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Bu mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən futbol mütəxəssisi Anar Xanlarov bildirib ki, legioner limitinin ləğvi Azərbaycan futbolu üçün yeni inkişaf strategiyası ola bilər.

"Komanda sayının artırılması çox yaxşı oldu. AFFA-nın yeni rəhbərliyi ilk gündən bunu demişdi və müsbət haldır ki, sözlərinə əməl etdilər. Çünki bütün futbol ictimaiyyəti illərdir bu məsələnin vacibliyini önə çəkir. Düşünürəm ki, gələcəkdə tədricən bu sayı 14-ə, 16-a çatdırmaq lazımdır. Böyük ehtimalla, gələn komandalar bölgə təmsilçiləri olacaq ki, bunun özü də futbolun kütləviliyi və azarkeş amili baxımından vacib məqamdır. Legioner limitinin götürülməsinə gəlincə, bu qərarı da dəstəkləyirəm. Buna qarşı olanlar da çoxdur və düşünürlər ki, bu qərar yerli futbolçuların inkişafına, milli komandaya mənfi təsir edəcək, amma belə düşünmürəm. Biz başa düşməliyik ki, məcbur şəkildə, limitin hesabına hansısa yerli futbolçunu meydana buraxmaqla onun inkişafına kömək etmiş olmuruq. Əksinə, o futbolçuda arxayınlıq yaranır, öz üzərində işləmir, qabağa getmir, inkişaf etmir. Limitə görə məcbur oynadılan həmin yerli futbolçulardan formalaşan milli komandanın da hansı durumda olduğunu hamı görür. İllərdir limit qoyduq, heç nə dəyişmədi. 1-2 il də limitsiz oynayaq, bəlkə faydası oldu. Onsuz 12 komandanı hamısı legioner oynadan deyil, yerli futbolçulara istənilən halda tələbat olacaq. Amma həmin yerlilər limitin hesabına yox, öz bacarıqları hesabına oynayacaq, rəqabət yaranacaq və inkişaf olacaq. Burada qane olmayanlar özlərini ölkə xaricində sübut etməyə can atacaq", - deyə A.Xanlarov bildirib.

Digər futbol mütəxəssisi Kənan Məstəliyev isə Oxu.Az-a açıqlamasında legioner limiti ilə bağlı həmkarının fikirlərinin tam əksini deyib.

"Legioner limitinin ləğv olunmasına qarşı idim. Bu, yerli futbolçuların milliyə dəvət olunmasına və karyeralarına ciddi təsir edəcək. Şərtlər sərtləşdirilib. 17 legioner və ya 16 legionerdən sonra tələb olunan məbləğ, digər məsələlər bu mənfi halları yenə də aradan qaldırmır. Bu qərar yerli futbolçuların qarşısını ciddi şəkildə kəsəcək. Biz əslində akademiyalar qurub, futbolçu yetişdirməli, daha sonra legioner limitini ləğv etməli idik.

Strategiya məsələsinə gəldikdə isə, qəbul olunan qərarların 40%-i yerinə yetirilərsə, Azərbaycan futbolunun gələcəyi çox yaxşı ola bilər. Əsas məsələ yazılanları yerinə yetirə bilməkdir.

Klub sayının artırılması çox yaxşı addımdır. Sayın 12-yə yüksəldilməsini keçid dövrü adlandırmaq olar. Sadəcə bir məqam var ki, bu mövsüm idman prinsipləri mütləq qorunmalıdır. Əgər autsayder komanda aşağı düşməyəcəksə, bu mövsüm keçirilən çempionat oyunları boşuna olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Fevral 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri