Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün dünyanın və bütün zamanların ən ziddiyyətli siyasi personalarından birinin – Vladimir Leninin doğum günüdür.
O, 1870-ci ilin aprel ayının 22-də Rusiyanın Simbirsk şəhərində anadan olub.
Bütün dünyanın Lenin kimi tanıdığı, haqqında saysız-hesabsız miflər yaradılan marksist inqilabçının əsl soyadı Ulyanovdur.
Onun etnik mənşəyi barədə ziddiyyətli fikirlər var, onu çuvaş, kalmık, rus, alman, yəhudi, isveç millətlərinin qarışığı sayanlar çoxdur.
Amma burası tam dəqiqdir ki, adam daha çox rusdur və rus ideyasına xidmət edib.
Lenin Romanovlar xanədanının irtica ilə idarə etdiyi çar imperiyasını dağıdıb, amma tezliklə yerində yeni rus imperiyası qurub.
Bu, daha mürtəce sovet-bolşevik imperiyası idi. Leninin bərqərar etdiyi qırmızı imperiyanın sərhədləri, nüfuzu daha geniş olub.