Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Lenin yaşayıb, “yaşayır”, amma yaşamayacaq: İdeyalarının hamısı puç olub

Lenin yaşayıb, “yaşayır”, amma yaşamayacaq: İdeyalarının hamısı puç olub

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün dünyanın və bütün zamanların ən ziddiyyətli siyasi personalarından birinin – Vladimir Leninin doğum günüdür. O, 1870-ci ilin aprel ayının 22-də Rusiyanın Simbirsk şəhərində anadan olub.

Bütün dünyanın Lenin kimi tanıdığı, haqqında saysız-hesabsız miflər yaradılan marksist inqilabçının əsl soyadı Ulyanovdur. Onun etnik mənşəyi barədə ziddiyyətli fikirlər var, onu çuvaş, kalmık, rus, alman, yəhudi, isveç millətlərinin qarışığı sayanlar çoxdur. Amma burası tam dəqiqdir ki, adam daha çox rusdur və rus ideyasına xidmət edib.

Lenin Romanovlar xanədanının irtica ilə idarə etdiyi çar imperiyasını dağıdıb, amma tezliklə yerində yeni rus imperiyası qurub. Bu, daha mürtəce sovet-bolşevik imperiyası idi. Leninin bərqərar etdiyi qırmızı imperiyanın sərhədləri, nüfuzu daha geniş olub. Adı fərqli, qurama bir şey olsa da, SSRİ-nin yeni rus imperiyası olması Qərbdə heç zaman dartışma mövzusu olmayıb. Qərb ədəbiyyatı və publisistikasında SSRİ-ni çox zaman “Rusiya” adlandırıblar.

Görünür, Rusiyanın müasir idarəçiləri ona görə Leninin xatirəsinə hələ də ehtiram göstərirlər, mavzoleydə onun mumiyalanmış nəşinə qulluq davam edir, abidələrinin xeylisi saxlanılır, adına verilmiş şəhərin köhnə ismi (Sankt-Peterburq) özünə qaytarılsa da, Leninqrad vilayəti hələ də qalır.

Halbuki Leninin iradəsi, Sverdlovun şifahi göstərişi ilə güllələnmiş çar ailəsinin qətliamı pislənildiyi, II Nikolayın əzabkeş elan edildiyi halda, onların qatilləri lənətlənməli idi. Ancaq Nikolay rus xalqı qarşısında bəraət qazansa da, Lenin mühakimə olunmur.

Bu gün Rusiyada inqilabdan qabaqkı çox şey bərpa olunub – rüşvətxor məmurlar, harın boyarlar, meşşan ziyalılar, soyğunçu tacirlər, əzilən fəhlə sinfi. Haqq-ədalət yerlərdə sürünür. Leninin təbirincə desək, əsl inqilabi situasiya yetişib və Leninin bərqərar etdiyi hər şey dağılıb-gedib, amma onu hələ də rus xalqı üçün böyük işlər görmüş biri sayırlar.

İndiki Rusiyada xarici ölkələrdən pul alıb siyasi fəaliyyət göstərənləri kütləvi şəkildə damğalayır, “xarici agent” deyə mühakimə edirlər, amma xarici agentin yekəsi zamanında məhz Lenin olub. O, Almaniyadan aldığı külli miqdarda pulu Rusiyanın I dünya müharibəsində məğlub olmasına, bolşevik inqilabının qələbəsinə xərcləyib. Bu xüsusda çoxlu sənədlər var. Leninin Almaniya casusu olduğu dəqiqdir. Sadəcə, Lenin və silahdaşları hakimiyyətə gələndən sonra Almaniyaya kələk gəliblər.

Hazırda LGBT ilə ciddi mübarizə aparan Rusiya rəhbərliyi Leninin və bir çox silahdaşlarının cinsi azlıq nümayəndələri olmaları barədə materiallara da göz yumur. Elə materiallar isə çoxdur və bir xeylisi Leninin və silahdaşlarının şəxsi yazışmalarına əsaslanır.

Lenin qəddar və çılğın biri olub. Onun yerlərdəki silahdaşlarına göndərdiyi isterik teleqramlar bunu çılpaqlığı ilə sübut edir. Məsələn, o, 1920-ci ilin bu vədələrində 11-ci ordunun siyasi və hərbi rəhbərliyinə göndərdiyi teleqaramda “Bakını işğal etmək” əmrini üç dəfə təkrarlayıb. Bir teleqramda 3 dəfə eyni söz: “Bakını işğal etmək! İğal etmək! İşğal etmək!”

Başqa bir teleqramında o, Krımda ağqvardiyaçıları, çar məmurlarını, keçmiş polisləri, möhtəkirləri, ziyalıları, tacirləri, fahişələri, səfilləri və başqalarını güllələməyi tələb edir. Güllə qabağına verilənlərin bir xeylisinin statusu bəllidir, bəs “və başqaları” nə deməkdir? Bu o deməkdir ki, inqilab komitələrinin fəalları istənilən şəxsi, xoşlarına gəlməyən hər kəsi məhkəməsiz güllələyə bilərdilər. Və elə də ediblər.
Sonra da düz 70 il bu yarımdəli adamın humanistliyi haqqında dastanlar bağladılar.

II Nikolayın, həyat yoldaşının, gənc qızlarının, azyaşlı oğlunun, aşpazının, həkiminin və digər qohumlarının güllələnməsinin Leninin iradəsi əsasında baş tutduğu birmənalıdır. Düzdür, rus tarixçilər bilə-bilə versiya kirliliyi yaradırlar, bu qətliamın yerli inqilab komitəsi tərəfindən özbaşına çıxarılan qərarla törədildiyini iddia edirlər. Amma rayon inqilabçıları imperator ailəsini qətl edəcək qədər cəsarət göstərə bilərdilərmi? Mümkün deyil. O zamanlar yerlərdə Moskvanın icazəsi olmadan hansısa təşkilata sədr seçə bilmirdilər.

Leninin ömrünün son illərini iflic xəstəsi olaraq, yarımanlaqlı halda əlil arabasında keçirməsi vaxtilə Kaplan adlı qadının atdığı güllələrdən ağır yaralanması üzündən olub. Ancaq o, yaralanmasaydı, ən azı 70 il ömür sürsəydi, qurduğu dövlətin tarixi başqa cür yazılardı. Bəlkə də hakimiyyətə Stalin gəlməzdi, amma bu, o demək deyil ki, repressiya olmaz, milyonlarla adam məhv edilməzdi.

Çünki Kremlin ölkə insanlarını ətçəkən maşından keçirməsi prosesi məhz 1918-ci ildən başlayıb və “qırmızı terror” adı alıb. Hətta hakimiyətə Leninin varisi olaraq Trotski gəlsəydi, o da milyonlarla insanı öldürəcəkdi. Ona görə ki, bolşeviklər dövləti idarə etmək üçün başqa yol görmür, bilmir, düşünmürdülər.

Budur, 101 ildir Leninin cəsədini dəfn etmirlər. Bu, onu göstərir ki, rus dövlətçiliyinə Lenin baxışı hələ də diridir. O, Rusiya tarixində “ən böyük rus dövlətini yaratmış” şəxs kimi qalır. Bu baxımdan vaxtilə məşhur olan “Lenin yaşayıb, yaşayır, yaşayacaq” şüarının əsası hələ də var. Ancaq onun ideyaları tamamilə puç olub-gedib, bir daha dirilən, dirçələn deyil.(Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Aprel 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri