Lənkəran ın amerikalısı: Ən sevimli yerim şəhər mərkəzindəki ticarət mərkəzidir | Icma.az
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Lənkəran"nın basketbolçusu Nmeso Nnebedum Azərbaycan çempionatının çox rəqabətli olduğunu düşünür.
Sport24.az xəbər verir ki, amerikalı oyunçu bunu klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, çempionatda mübarizə aparan bütün komandaların güclü olduğunu söyləyib: "Özümü mümkün qədər inkişaf etdirməyə, komandanın ən yaxşısı olmağa çalışıram.
Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda, həm də fərdi olaraq uğurlu mövsüm keçirək.
Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və yaxşı basketbolçuya çevrilməyə kömək edəcək. Azərbaycan çempionatı çox rəqabətlidir.
Həm yuxarı, həm də aşağı pillələrdə yer alan bütün komandalar güclüdür.
Burda müxtəlif səviyyəli oyunçular çıxış edir və hamı rəqabətə hazırdır.
Tam oxu
Xəbəri oxu