Lənkəran ın amerikalısı: Ən sevimli yerim şəhər mərkəzindəki ticarət mərkəzidir
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Lənkəran"nın basketbolçusu Nmeso Nnebedum Azərbaycan çempionatının çox rəqabətli olduğunu düşünür. Sport24.az xəbər verir ki, amerikalı oyunçu bunu klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, çempionatda mübarizə aparan bütün komandaların güclü olduğunu söyləyib:
"Özümü mümkün qədər inkişaf etdirməyə, komandanın ən yaxşısı olmağa çalışıram. Gələcəyə çox uzaqdan baxmaq istəmirəm, amma istəyirəm ki, həm komanda, həm də fərdi olaraq uğurlu mövsüm keçirək. Bu, mənə mümkün olan ən yüksək səviyyədə oynamağa və yaxşı basketbolçuya çevrilməyə kömək edəcək. Azərbaycan çempionatı çox rəqabətlidir. Həm yuxarı, həm də aşağı pillələrdə yer alan bütün komandalar güclüdür. Burda müxtəlif səviyyəli oyunçular çıxış edir və hamı rəqabətə hazırdır. Məqsədimiz qarşıdan gələn "Quba" ilə oyuna tam hazır çıxmaq, qalib gəlmək və potensialımızı göstərməkdir. Uğur qazanmaq üçün çətinliklərlə mübarizə aparmağı öyrənmək lazımdır, məncə, biz də hazırda bu mərhələdən keçirik".
Basketbolçu Lənkəran haqqında düşüncələrini də bölüşüb:
"Komandaya qoşulmazdan əvvəl bir sıra araşdırmalar apardım. Öyrəndim ki, Lənkəran kənd tipli, tropik iqlimə malik bölgədir və meyvələri, həmçinin çayı ilə tanınır. Buranı bəyənirəm. Sakit yerdir, insanları isə çox mehribandır. Ən sevimli yerim şəhər mərkəzindəki ticarət mərkəzidir. Ən çox xoşladığım yemək isə toyuq kababıdır".
Amerikalı oyunçu Bakını da fərqləndirib:
"Bakı daha böyük şəhərdir. Oranı Çikaqo ilə müqayisə edərdim. Gecə-gündüz çoxlu hərəkət və tıxac olan bir yerdir. Lənkəran isə daha sakit, təbiəti və heyvanları ilə dolu bir bölgədir. Bakını Lənkərandan daha çox bəyənirəm. Amma bilirəm ki, Lənkəran istirahət üçün çox gözəl yerdir (gülür)".
Baxış sayı:86
Bu xəbər 21 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















