Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lənkəranda 1986-cı il təvəllüdlü Mətləb şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 21-də Lənkəran rayonunun kəndində baş verib.
Mətləb həmin gün saat 13 radələrində həyətyanı sahədə şəxsi münasibətləri zəminində qardaşı Abbası itələyərək yerə yıxıb.
Onun başının divara dəyməsi ilə xəsarət alıb. Hadisəni törədən Mətləbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, evlidir, 2 uşaq atasıdır: “Lənkəran rayonunun kəndində yerləşən atam Əhmədə məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evində ailəm ilə birlikdə yaşayıram.
Həyətyanı sahədə yerləşən digər evdə qardaşım Abbas ailəsi ilə birlikdə yaşayır”.