Icma.az
close
up
RU
Lənkəranda 39 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT

Lənkəranda 39 yaşlı kişi qardaşına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəranda 1986-cı il təvəllüdlü Mətləb şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 21-də Lənkəran rayonunun kəndində baş verib. Mətləb həmin gün saat 13 radələrində həyətyanı sahədə şəxsi münasibətləri zəminində qardaşı Abbası itələyərək yerə yıxıb. Onun başının divara dəyməsi ilə xəsarət alıb. 
Hadisəni törədən Mətləbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, 2 uşaq atasıdır: “Lənkəran rayonunun kəndində yerləşən atam Əhmədə məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evində ailəm ilə birlikdə yaşayıram. Həyətyanı sahədə yerləşən digər evdə qardaşım Abbas ailəsi ilə birlikdə yaşayır”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 21-də, saat 13 radələrində ona məxsus qaz balonlarını evinin zirzəmisinə qoyaraq oranın girişini taxta və selofan ilə bağlamaq istəyib: “Bu zaman qardaşım, anam və atam məni görərək torpaq sahəsinin və yaşadığımız evin onlara məxsus olduğunu bildirdilər, zirzəmini bağlamağa mane oldular. Aramızda mübahisə yarandı. Mübahisə zamanı qardaşım Abbas məni və arvadım Səidəni təhqir etdi. Abbas mənim üzərimə gedərək əlində olan dəmir dekoru baş nahiyəmə vurdu. Bundan əsəbiləşərək Abbası itələyərək yerə yıxdım. Yerə yıxılan zaman Abbasın başı evin divarına dəyərək xəsarət aldı. Arvadım məni sakitləşdirərək yaşadığım evə apardı”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Abbasın sözlərinə görə, yanvarın 21-də, saat 13 radələrində özünə məxsus evin qarşısında iş görən zaman qardaşı Mətləbin həyətyanı sahədə yaşadığı evinin zirzəmisinin girişini bağladığını görüb: “Anam və atam qardaşım Mətləbə zirzəminin girişini bağlamamasını dedilər. Mətləb isə evin özünə məxsus olduğunu bildirərək mübahisə etməyə başladı. Onlara yaxınlaşaraq qardaşıma sakit qalmasını, valideynlərim ilə mübahisə etməməsini bildirdim. Mətləb məni və ailə üzvlərimi təhqir etdi. Mətləbi təhqir edərək, yaşadığımız evdən çıxaraq getməsini bildirdim.  Mətləbdə üzərimə gedərək məni tutaraq arxaya itələdi, yerə yıxdı. Yerə yıxılan zaman başım evin divarına dəyərək partladı. Anam məni içəri apardı. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mətləbin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri