Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı Fotolar

21.10.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Lənkəran şəhəri, MirMustafaxan küçəsi, 19 ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin ümumi sahəsi 3 376 kv. metrə, torpaq sahəsinin ölçüsü isə 0,3048 hektara bərabərdir. Daha əvvəl “Ab Qala Hotel” adı ilə fəaliyyət göstərən obyektin başlanğıc qiyməti 2 milyon 200 min manat təşkil edir.
Qeyd edək ki, hərracın oktyabrın 28-də baş tutacağı bildirilir.
Onu da bildirək ki, açıq mənbələrdə “Ab Qala Hotel”in sahibi kimi “Lənkəran Mehmanxana” ASC (VÖEN – 2600108271) göstərilir. Nizamnamə kapitalı 68 min 980 manat olan ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Kazımov Fariq Məcid oğlu olan ASC hazırda passiv vergi ödəyicisidir.




Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью