Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı Fotolar
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Lənkəran şəhəri, MirMustafaxan küçəsi, 19 ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 4 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin ümumi sahəsi 3 376 kv. metrə, torpaq sahəsinin ölçüsü isə 0,3048 hektara bərabərdir. Daha əvvəl “Ab Qala Hotel” adı ilə fəaliyyət göstərən obyektin başlanğıc qiyməti 2 milyon 200 min manat təşkil edir.
Qeyd edək ki, hərracın oktyabrın 28-də baş tutacağı bildirilir.
Onu da bildirək ki, açıq mənbələrdə “Ab Qala Hotel”in sahibi kimi “Lənkəran Mehmanxana” ASC (VÖEN – 2600108271) göstərilir. Nizamnamə kapitalı 68 min 980 manat olan ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Kazımov Fariq Məcid oğlu olan ASC hazırda passiv vergi ödəyicisidir.




Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Dəmir konstruksiyadan ibarət “VAZ” 510 manata hərraca çıxarıldı Fotolar
15 Sentyabr 2026 17:21
Titanik in Cek inin məktubu hərraca çıxarıldı FOTOLAR
19 Noyabr 2025 14:44
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı Fotolar
13 Avqust 2026 16:05
Əsədin 4 lüks avtomobili hərraca çıxarıldı FOTO
06 Sentyabr 2025 02:28
Sumqayıt və Lənkəranda güzəştli mənzillər satışa çıxarıldı
05 Noyabr 2024 09:12
Baxış sayı:109
Bu xəbər 21 Oktyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















