Lənkəranda balıq tutmaq istəyən 32 yaşlı kişi faciəvi şəkildə həyatını itirib | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran, 7 aprel, İlkin Adıyev, AZƏRTAC Lənkəranda 32 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində ölüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
Rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib.
Balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub.
X.Əlizadə hadisə yerində ölüb.Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu