Lənkəranda balıq tutmaq istəyən 32 yaşlı kişi faciəvi şəkildə həyatını itirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran, 7 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda 32 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib. Balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Lənkəranda 51 yaşlı kişi faciəvi şəkildə öldü
03 İyun 2026 11:09
Lənkəranda 73 yaşlı kişi faciəvi şəkildə öldü
04 Sentyabr 2026 11:05
Lənkəranda balıq tutmaq istəyən şəxs faciəli şəkildə öldü
16 Fevral 2026 23:53
Lənkəranda 41 yaşlı qadın faciəvi şəkildə öldü
27 Dekabr 2024 20:21
Lənkəranda balıq tutan 66 yaşlı kişi FACİƏLİ şəkildə öldü
07 May 2025 13:39
Baxış sayı:168
Bu xəbər 07 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















