Lerikdə 35 yaşlı keçmiş məhkum saxlanıldı Avtomatla | Icma.az
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb.
Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu