Lerikdə 35 yaşlı keçmiş məhkum saxlanıldı Avtomatla
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Lerikdə 35 yaşlı keçmiş məhkum saxlanıldı Avtomatla
15 Fevral 2025 19:42
Lerikdə narkokuryer saxlanıldı
13 Dekabr 2024 15:11
Lerikdə qanunsuz ov edənlər saxlanıldı
01 Dekabr 2024 23:01
Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti dərədə tapılıb YENİLƏNİB
03 İyun 2025 15:29
Gürcüstanda azərbaycanlının avtomatla güllələnməsi... Həbs olunan var
15 May 2025 23:22

