Lerikdə 50 yə yaxın kənd işıqsız qaldı FOTO | Icma.az
Icma.az, Bizim media portalına istinadən məlumat yayır. Lerik rayonunda intensiv qar yağması gündəlik həyata ciddi təsir göstərib.
Hazırda Lerik–Lənkəran avtomobil yolu qismən açıq olsa da, hərəkət çətinləşib.Bizim.Media xəbər verir ki, rayon mərkəzində qar örtüyünün hündürlüyü 1 metr 10 santimetrə çatıb.
Dağlıq ərazilərdə isə qarın hündürlüyü bundan daha çoxdur. Hazırda rayonda qarın yağması davam edir.Qar yağması elektrik təsərrüfatına da ci
Nəticədə Lerik rayonunun təxminən 50 kəndində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb, yaşayış məntəqələri işıqsız qalıb.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini, eyni zamanda Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qarın fəsadlarının aradan qaldırılması, yolların açılması və elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
(Azərtac) Bizim.Media Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu