Lerikdə 50 yə yaxın kənd işıqsız qaldı FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Lerik rayonunda intensiv qar yağması gündəlik həyata ciddi təsir göstərib. Hazırda Lerik–Lənkəran avtomobil yolu qismən açıq olsa da, hərəkət çətinləşib.
Bizim.Media xəbər verir ki, rayon mərkəzində qar örtüyünün hündürlüyü 1 metr 10 santimetrə çatıb. Dağlıq ərazilərdə isə qarın hündürlüyü bundan daha çoxdur. Hazırda rayonda qarın yağması davam edir.
Qar yağması elektrik təsərrüfatına da ciddi ziyan vurub. Nəticədə Lerik rayonunun təxminən 50 kəndində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb, yaşayış məntəqələri işıqsız qalıb.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini, eyni zamanda Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qarın fəsadlarının aradan qaldırılması, yolların açılması və elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. (Azərtac)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















