Lerikdə qaya parçası səbəbindən bağlanmış yol istifadəyə VERİLİB FOTO

13.12.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Lerik rayonunun Dico kəndində iri qaya parçasının yola düşməsi nəticəsində bağlanmış Lerik-Piran-Veri-Dico yolunda hərəkət bərpa olunub.
Bildirilir ki, yolun bağlanması ilə əlaqədar sakinlər son iki gün ərzində Tikaband-Hücü-Dico yolu ilə hərəkət etməli olublar. Bu yol isə əsas marşrutdan daha uzaq idi və çətinliklər yaradırdı.
Tikaband kənd icra nümayəndəsi Bəyəli Bədəlov Bizim.Media-ya açıqlamasında bildirib ki, ərazidə iki gündür texnika işləyib:
"Bu səhər iri qaya parçası yoldan götürüldü və yol tamamilə istifadəyə verildi."
Qeyd edək ki, yolun açılması ilə sakinlərin hərəkəti yenidən asanlaşıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью