Lerikdə qaya parçası səbəbindən bağlanmış yol istifadəyə VERİLİB FOTO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Lerik rayonunun Dico kəndində iri qaya parçasının yola düşməsi nəticəsində bağlanmış Lerik-Piran-Veri-Dico yolunda hərəkət bərpa olunub.
Bildirilir ki, yolun bağlanması ilə əlaqədar sakinlər son iki gün ərzində Tikaband-Hücü-Dico yolu ilə hərəkət etməli olublar. Bu yol isə əsas marşrutdan daha uzaq idi və çətinliklər yaradırdı.
Tikaband kənd icra nümayəndəsi Bəyəli Bədəlov Bizim.Media-ya açıqlamasında bildirib ki, ərazidə iki gündür texnika işləyib:
"Bu səhər iri qaya parçası yoldan götürüldü və yol tamamilə istifadəyə verildi."
Qeyd edək ki, yolun açılması ilə sakinlərin hərəkəti yenidən asanlaşıb.
Sabutay, Bizim.Media, Cənub bürosu
Bu mövzuda digər xəbərlər:Lerikdə iri qaya parçası yolu bağladı Foto
11 Dekabr 2024 10:01
Lerikdə yolu düşən qaya parçası ƏRAZİDƏN GÖTÜRÜLÜB FOTO
13 Dekabr 2024 19:22
Lerikdə iri qaya parçası yolu bağladı
11 Dekabr 2024 09:55
Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb FOTO
11 Dekabr 2024 09:41
Baxış sayı:56
Bu xəbər 13 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















