Leroy Sanenin qardaşı Türkiyə klubunda

15.07.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Bavariya"dan "Qalatasaray"a transfer olunan almaniyalı futbolçu Leroy Sanenin qardaşı Kim Sane də karyerasını Türkiyədə davam etdirəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Kim Sane Türkiyənin "Boluspor" klubunun bazasındadır.

Futbolçu komandanın bugünki məşqlərinə qatılacaq.

Türkiyə klubunun rəsmiləri futbolçunun performansından razı qalacağı təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq.

Qeyd edək ki, Kim Sane aprel ayından bu yana klubsuzdur. O, karyerası ərzində Almaniyanın aşağı liqa klublarından olan "Uerdinqen" və "Vattenşeyd 09"də çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью