Leroy Sanenin qardaşı Türkiyə klubunda
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Bavariya"dan "Qalatasaray"a transfer olunan almaniyalı futbolçu Leroy Sanenin qardaşı Kim Sane də karyerasını Türkiyədə davam etdirəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Kim Sane Türkiyənin "Boluspor" klubunun bazasındadır.
Futbolçu komandanın bugünki məşqlərinə qatılacaq.
Türkiyə klubunun rəsmiləri futbolçunun performansından razı qalacağı təqdirdə, tərəflər arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, Kim Sane aprel ayından bu yana klubsuzdur. O, karyerası ərzində Almaniyanın aşağı liqa klublarından olan "Uerdinqen" və "Vattenşeyd 09"də çıxış edib.
Bu mövzuda digər xəbərlər:Leroy Sanenin Qalarasaray da alacağı maaş bəlli oldu
13 İyun 2025 08:22
Leroy Sanenin yığma komandaya çağrılması Almaniyada narazılıqla qarşılanıb
24 Mart 2026 07:56
Sanenin qardaşı da Türkiyədə oynayacaq?
19 İyul 2025 16:23
Sanenin ardınca Neymar da Türkiyə yolunda Təklif göndərildi
13 İyun 2025 13:19
Leroy Sanenin ildə 10 12 milyon avroya Qalatasaray a keçəcəyi gözlənilir
11 İyun 2025 13:02
Baxış sayı:108
Bu xəbər 15 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















