Levon TerPetrosyan özünü və ölkəsini ifşa etdi: Soyqırımı cinayətləri ilə bağlı etiraflar …
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.
Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: "Təsəvvür edin ki, indi onlar Ermənistandadır.
Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik.
Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyar.
Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi.
Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi.
Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".
Tam oxu
Xəbəri oxu