Icma.az
close
up
RU
Levon TerPetrosyan özünü və ölkəsini ifşa etdi: Soyqırımı cinayətləri ilə bağlı etiraflar

Levon TerPetrosyan özünü və ölkəsini ifşa etdi: Soyqırımı cinayətləri ilə bağlı etiraflar

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Ter-Petrosyan çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

"Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyar. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".

Ermənistanın birinci prezidenti onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar. Təbii ki, bütün bunlar Petrosyanın da xələflərindən fərqli düşüncədə olmadığını, xalqımıza qarşı cinayətlərdə məsuliyyət daşıdığını nümayiş etdirir.

Milli Məclisin deputatı Nigar Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, Petrosyan kimi canilərin məkrli planları 30 ildən sonra darmadağın edildi:

"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımə faktlarını etiraf edib. O, 1993-cü il "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun "600 illik problem" olduğunu bildirib. Bununla Petrosyan iddia edir ki, "1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, onun ölkəsi müstəqil ola bilməzdi". Ter-Petrosyan Qərbi Azərbaycandakı üç rayonda - Vardenis, Masis və Amasyada, eyni zamanda Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etdiyini bildirib. Onun qənaətincə, bu fakt Zəngəzuru, şimal-şərq rayonları, Göyçə gölünün sahillərini "qorumaqla bağlı çətinliklər yaradırmış". Onun fikirlərindən aydın olur ki, adıçəkilən ərazilərdə bir neçə muxtariyyət yarana bilərdi. Amma silah gücünə azərbaycanlıların qovulmasına nail olunub və "bu problem həll edilib". Bu, Azərbaycan xalqına qarşı nifrətin və işğalçılıq siyasətinin açıq etirafıdır. Petrosyanın bu etirafı Ermənistanın azərbaycanlıları qovmaq hesabına monoetnik ölkə yaratmaq siyasətini bir daha təsdiqləyir. Əslində Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququna mane olan Ermənistan bu gün də eyni cinayətkar siyasəti davam etdirir.

Ter-Petrosyanın, həmçinin Sumqayıt və Bakıdakı "qırğınlara" dair də etirafı var. O, bildirib ki, "bu qırğınlar ermənilərin Ermənistana kütləvi köçünü təşkil etmək və ölkə əhalisinin sayını artırmaq məqsədilə edilib." Özünü "demokrat" adlandıran Petrosyanın bu faşist mahiyyətli yanaşması digər sabiq prezident Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində Xocalı soyqırımı ilə bağlı etirafından zərrə qədər fərqlənmir. Sarkisyan öz etirafında "stereotipi qırdıq" söyləməklə mülki azərbaycanlılara qarşı soyqırımı törədikləri üçün öyündüyü kimi, Ter-Petrosyan da "azərbaycanlılarsız Ermənistan və azərbaycanlılarsız Qarabağ" ideologiyası ilə öyünür və bunun erməni milli hərəkatının əsas hədəfi olduğunu etiraf edir", - deyə deputat vurğulayıb.

Müsahibimiz onu da əlavə edib ki, Ter-Petrosyan və Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərlərinin məkrli planları məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən iflasa uğradıldı:

"Qondarma demokratların, terrorçu səhra komandirlərinin planları darmadağın edildi. Tarixi torpaqlarımız 30 ilə yaxın davam edən işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qayıdıb, Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Yeni hədəfimiz isə növbəti tarixi ədaləti - soydaşlarımızın Qərbi Azərbyacana qayıdışını bərpa etməkdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Petrosyan kimi canilərin etirafları isə təbii ki, beynəlxalq hüquq çərçivəsində təhlil edilməli və azərbaycanlılara qarşı məqsədli şəkildə törədilmiş etnik təmizləmə, soyqırım cinayətləri ilə bağlı müvafiq addımlar atılmalıdır".

Siyasi şərhçi Müşfiq Abdulla isə Oxu.Az-a açıqlamasında deyib ki, "Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın çıxışının videoyazısı onun Birinci Qarabağ müharibəsində törətdiyi cinayətlərin etirafıdır:

"Özünün də dediyi kimi Levon Ter-Petrosyan 1988-ci ildən başlayaraq Ermənistanda 300 min azərbaycanlının etnik təmizləməyə məruz qalmasında fəal rol oynayıb. İlk növbədə, onu qeyd etymək lazımdır ki, Ter-Petrosyanın özünün ailəsinin Ermənistana gəlişi azərbaycanlıların deportasiyası hesabına baş verib. Yəni Ter-Petrosyan məlum olduğu kimi, Hələb şəhərində anadan olub. Atası livanlıdır, özü isə Suriya ermənisidir. 1947-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə 50 mindən artıq azərbaycanlı Ermənistan SSR ərazisindən qanunsuz olaraq çıxarılmış, bundan sonra Livandan və Suriyadan köçürülən ermənilər onların yaşadıqları evlərdə məskunlaşdırılmışdı. Suriyadan gələn ermənilər arasında Levon Ter-Petrosyan və onun ailəsi də var idi. Ter-Petrosyan azərbaycanlıların etnik təmizləməyə məruz qalması ilə bağlı fəaliyyətini 1988-ci ildən başlayaraq elmi işlə məşğul olduğu dövrdə də davam etdirib. 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub. Məhz bu dövrdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların zorakılıq və qətllərlə müşayiət olunan deportasiyası baş verib. Hətta Ter-Petrosyan 1988-ci ilin dekabr ayında iğtişaşların təşkil etməkdə ittiham edilərək törətdiyi cinayətkar əməllərinə görə "Qarabağ komitəsi"nin digər üzvləri ilə birlikdə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Lakin o, altı aydan sonra azadlığa çıxanda da öz əməllərini davam etdirdi. Məhz Ter-Petrosyanın erməni şovinist hərəkatında liderliyi ələ alması onun sonralar Ermənistan SSR Ali Sovetinin sədri və prezident vəzifələrinə gedən yolunu açdı. 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair qanunsuz qərarın qəbul edilməsində Ter-Petrosyan fəal iştirak edib. Həmin vaxt o, Ermənistan SSR Ali Sovetinin deputatı idi. Sonralar Ermənistanın Müstəqillik Bəyannaməsində öz əksini tapan və 1995-ci ildə Ermənistan konstitusiyasının preambula hissəsinə daxil edilən bu qanunsuz qərar hazırda sülhün əldə edilməsində maneəyə çevrilib".

Müşfiq Abdullanın sözlərinə görə, Levon Ter-Petrosyanın azərbaycanlılara qarşı cinayətləri yalnız Ermənistan SSR-in ərazisi ilə yekunlaşmır. O, Ermənistana rəhbərlik etdiyi dövrdə Azərbaycan ərazisində kütləvi qətliamlara əmr verib:

"Ter-Petrosyan Qarabağda "Miatsum" hərəkatının güclənməsində yaxından iştirak edib və Xankəndidə keçirilən mitinqlərdə çıxış etməklə erməni separatizminə dəstək verib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf yeddi rayonun işğalı Levon Ter-Petrosyanın prezidentliyi dövründə həyata keçirilib. Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayanda hakimiyyətdə Ter-Petrosyan olub. Xocalı soyqırımının, digər ərazilərin işğalı prosesinin və etnik təmizləmələrin icraçıları Robert Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Monte Melkonyan, Vazgen Sarkisyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi terrorçular idisə, onlara bu əmri verən Ter-Petrosyan idi. Çünki o, Ermənistan ordusunun ali baş komandanı idi. Ona görə də Birinci Qarabağ müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə, soyqırım cinayətlərinə görə Ter-Petrosyan digər terrorçularla eyni məsuliyyəti daşıyır. Doğrudur, 2008-ci ildə Ter-Petrosyan öz xatirələrini yazıb və orada ətraf rayonların işğalının əleyhinə olduğunu qeyd edib. Hətta o bildirmişdi ki, Koçaryan onun əmrinə tabe olmaqdan imtina edərək Kəlbəcər və Ağdam rayonlarını işğal edib, nəticədə Azərbaycanla sülh danışıqları pozulub. Amma bu iddialar doğru olsa belə, Ter-Petrosyanı əvvəllər baş vermiş işğal və qətliamlara görə məsuliyyətdən azad etmir. Çünki həm Ter-Petrosyan, həm də Koçaryan hərbi cinayətkarlardır. Məsələn, Ermənistan ordusunun 2-ci korpusuna Kəlbəcər rayonunu işğal etmək əmrini prezident Ter-Petrosyan vermişdi. Sadəcə olaraq, Koçaryan və Sarkisyanla müqayisədə Azərbaycan cəmiyyətində Ter-Petrosyana bir loyal münasibət formalaşıb. Bu da onun 1998-ci ilin əvvəlində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla Dağlıq Qarabağ probleminin həllinə dair "Mərhələli sülh planı"na razılıq verməsi ilə bağlıdır. Bu təklif ətraf rayonların qaytarılması müqabilində Qarabağda yaşayan erməni əhaliyə idarəetmə statusunun verilməsini nəzərdə tuturdu. Lakin 1998-ci il fevralın 3-də məlum olduğu kimi, Ter-Petrosyanı devirdilər və həmin planı həyata keçirmək mümkün olmadı. Bu günün siyasi reallıqları baxımından nəzər saldıqda, "Mərhələli sülh planı"nın da Azərbaycanın maraqlarına cavab vermədiyi aydın olur. Əks tədirdə, separatçı rejim legitimlik statusu qazana bilərdi ki, bu da gələcəkdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün işğal dövründə olduğundan daha böyük təhlükə yaradardı".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see195

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see138

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see137

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see136

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see136

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see131

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see130

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see129

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see127

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see122

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see121

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see117

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri