“Lexus”la qəzaya düşən biznesmen öldü Yenilənib

16.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun  məlumatına görə, “Lexus” markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

***

Qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Belə ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb. 

Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

***

Bildirilir ki, qəzada dünyasını dəyişən Şamil Orucov iş adamıdır. O, Xaçmazda fəaliyyət göstərən "Daş bazarı və "Mal bazarı" kimi tanınan ticarət obyektlərinin sahibi imiş.

Mübariz Muradov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью